"Azərişıq" borclu dövlət qurumlarına 5 gün vaxt verdi: "Pulu ödəməsələr...

"Azərişıq" borclu dövlət qurumlarına 5 gün vaxt verdi: "Pulu ödəməsələr... Bir müddət bundan öncə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin artezyan quyularına verilən elektrik enerjisini kəsməsi ilə əlaqədar olaraq əhalinin susuz qalması barədə məlumat yaymışdıq.



Cebhe.info olaraq apardığımız araşdırma zamanı məlum olub ki, artıq 5 gündür ki, rayonun Faxralı, Kuşçular, Ağamalıoğlu, Dermanlar, Azadlı, Qazaxlar, Sarovlu, Qurbanzadə, Alpod, Qarasuçu, Qaramusalı, Hacırəhmətli, Bəşirli, Muzdurlar, Kələk, Xınalı, Qaradağlı, Xoylu, Nizami, Səmədabad, Qızılhacılı, Safkürd, Xanqərvənd, Qaraçinar, Şəməktli, Rəhimli, Göynüyən, Qazançı, Sarov və s. kəndlərinin sakinləri suya möhtac qalıblar.



Cebhe.info-nun bölgə müxbiri ilə həmsöhbət olan Goranboy sakinləri yaşadıqları çətinliklə bağlı "Azərişıq" ASC-yə müraciət ediblər. Lakin müraciətə cavab olaraq bildirilib ki, yerli su idarəsinin "Azərişıq" ASC-yə borcu olduğu üçün bu problem yaranıb.



“Azərişıq”ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda suyun verilişi müvəqqəti olaraq bərpa olunub. T.Mustafayevin sözlərinə görə noyabrın 10-uadək aidiyyəti qurumlara vaxt verilib:

“Yerli icra hakimiyyəti, Melorasiya və Su Təsərrüfatı ASC ayın 10-unadək borcları ödəyəcəklərini deyiblər. Bu problem yalnız Gornaboyda deyil, bir sıra rayonlarda da var. Bərdə.Zərdab, Sabirabad, Kürdəmir, Cəlilabadda da bənzər problemlər yaşanır. Aidiyyəti qurumlar borclarını ödəməsələr, elektrik enerjisinin verilişi yenidən dayandırılacaq”.



Məsələylə bağlı adı hallanan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz uğursuz olub.

Elgün
Nigar "Azərişıq" borclu dövlət qurumlarına 5 gün vaxt verdi: "Pulu ödəməsələr...
"Azərişıq" borclu dövlət qurumlarına 5 gün vaxt verdi: "Pulu ödəməsələr...
"Azərişıq" borclu dövlət qurumlarına 5 gün vaxt verdi: "Pulu ödəməsələr...
"Azərişıq" borclu dövlət qurumlarına 5 gün vaxt verdi: "Pulu ödəməsələr...
Tarix: 30-10-2017, 20:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}