Sərkisyan ölkəsini pis vəziyətdə qoydu – Ekspert

Sərkisyan ölkəsini pis vəziyətdə qoydu – Ekspert Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycana kifayət qədər iqtisadi və siyasi dividentlər gətirəcək.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. Ekspertin sözlərinə görə, BTQ-nin istifadəyə verilməsi eyni zamanda, qədim İpək Yolunun orta xəttinin bərpa olunması deməkdir:

“Yeni yol şərqdən və cənubdan Azərbaycan üzərindən qərbə və əks istiqamətdə yüz milyonlarla ton yükün daşınmasına imkan verəcək. Bu isə öz növbəsində ölkəmizə böyük həcmdə valyutanın daxil olmasına gətirib çıxaracaq. BTQ dəmir yolu kimi transmilli layihənin imkanlarından yararlana bilməyəcək yeganə ölkə Ermənistandır. Məkrli torpaq iddaları ilə erməni xalqını bölgədə reallaşdırılan növbəti transmilli layihənin verə biləcəyi dividentlərdən məhrum edən siyasi hakimiyyətin iyrənc işğalçı siyasəti Ermənistanı növbəti dəfə pis vəziyyətə saldı. Azərbaycan bu layihəni reallaşdırmaqla öz siyasi çəkisini kifayət qədər artıra bildi. Yeni dəmir yolu xəttinin istifadəyə verilməsi yaxın gələcəkdə Naxçıvanın blokadadan çıxması demək olacaq”.

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış və “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilib.
Tarix: 31-10-2017, 08:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}