Azərbaycan neftinin qiyməti 63 dollar.....

Azərbaycan neftinin qiyməti 63 dollar..... CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 62,89 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur. Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 62,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 2-də 58,54 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 2-də 60,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.

Siam.az
Tarix: 4-11-2017, 09:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}