Tanınmış politoloqdan Prezidentin islahatçı komandasına 6 təklif...

Tanınmış politoloqdan Prezidentin islahatçı komandasına 6 təklif... Tanınmış politoloq, keçmiş millət vəkili, Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), Kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993-1995) Cümşüd Nuriyev prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına yönəlik strateji hədəflərə ən qısa zamanda nail olunması təşəbbüslərinə dəstək olaraq hökumətə maraqlı təkliflərlə çıxış edib.

Moderator.az-a göndərilən həmin təklifləri təqdim edirik:


Azərbaycan dövləti “klassik” Qərb, “sıçrayışlı” Cənubi-Şərqi Asiya və “astagəl” Rusiya modelindən fərqli olaraq, inkişaf tempi yüksək olan “paralel islahatlar” modelini seçib. Bu model hər üç modelin müsbət xüsusiyyətlərini “milliləşdirməklə” bərabər, daha çevik idarəetmə və iqtisadi tənzimləmə üsullarını da özündə cəmləşdirib. “Paralel islahatlar” terminini dövriyyəyə Azərbaycan Respublikasının Möhtərəm Prezidenti, Cənab İlham Əliyev gətirib.Tanınmış politoloqdan Prezidentin islahatçı komandasına 6 təklif...

“Paralel islahatlar” inkişaf modeli ölkəmizdə uğurla həyata keçirildiyinə və dövlətçilik baxımından səmərəli siyasi nəticələr verdiyinə gərə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya dövrünü yaşayan ölkələr üçün nümunə sayıla bilər.

Möhtərəm Prezident tərəfindən aqrar sahənin sürətli və hərtərəfli inkişafı üçün, həyata keçirilməsi nəzərdə tutulan strateji məqsədlərin icrası zamanı, apardığımız elmi araşdırmalar nəticəsində əldə etdiyimiz bəzi tövsiyyələri təqdim etməyi özümüzə borc və şərəf hesab edirik. Həmin təkliflərin xeyir gətirəcəyinə inanırıq və şərti olaraq onları aşağıdakı kimi qruplaşdırırıq:

İqtisadi – kənd təsərrüfatının iqtisadiyyatın digər sahələri ilə ekvivalent sahələrarası münasibətlər sisteminin daha da təkmilləşdirilməsi; bazar münasibətlərinin inkişafına istiqamətlənmiş ASK-nın sabit, kifayət qədər çevikliyə malik olan və sistemli dövlət dəstəklənməsi siyasətinin davamlı həyata keçirilməsi; aqrar əmtəə istehsalçılarının maliyyə vəziyyətinin daha da yaxşılaşdırılması və dünya bazarına çıxarılacaq məhsulların istehsalın genişləndirilməsi üçün lazımi şəraitin yaradılması; qısa və uzunmüddətli sabit kreditləşmə sisteminin formalaşdırılması;

İnvestisiya – bazar tənzimləmə vasitələrinin köməyi və dövlətin rolunun gücləndirilməsi əsasında subsidiya və cubvensiya, habelə dolayı mexanizimlər - qiymət münasibətləri, bankların kreditlər üzrə faiz dərəcələri, vergitutma, gömrük rüsumları, yerli və xarici investorların müdafiəsi üzrə qanunvericilik bazasını daha da təkmilləşdirməklə əlverişli investisiya mühitinin yaradılması; səmərəli amortizasiya (borcun birdəfəlik və ya tədricən ödənilməsi) siyasətinin hyata keçirilməsi; ayrı-ayrı illər üzrə dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək aqrar inkişafın prioritet istiqamətlərinin müəyyən edilməsi;

İnnovasiya – aqrar elmin bütün spektirlərinin bərpa edilməsi; kənd təsərrüfatı bitkilərinin yeni növlərinin və hibridlərinin, perspektivli heyvan cinsləri və tiplərinin, quş krosslarının, proqressiv aşağı məsrəfli texnologiyaların, qida məhsullarının yeni növlərinin, aqrar istehsalın təşkili metodlarının, standartlarının yaradılmasını və mənimsənilməsini nəzərdə tutan innovasiya proqramlarının işlənməsi və həyata keçirilməsi; ASK-nın texniki potensialının sürətli bərpası və modernləşməsi məqsədilə yeni nəsil kənd təsərrüfatı maşınlarının əldə olunması; aqrar sahədə informasiya sisteminin elmi-texniki cəhətdən modernləşdirilməsi; sahibkarların maliyyəsinə əsaslanan vençur biznesinin inkişaf etdirilməsi; sahibakrlarla dövlət arasındakı münasibətlərin daha da təkmilləşdirilməsi məqsədilə “cəmiyyətlə əlaqəli” “piar” (PR - “public relations”) sistemi ilə bərabər, “siyasi-inzibati orqanlarla əlaqəli” “ciar” (GR - “government relations”, ingilis dilində iqtisadi politologiya Politics of Business – Government Relations anlamında işlədilir) sisteminin tətbiq edilməsi;

İnstutsional - iqtisadiyyatın aqrar sektorunda təsərrüfatçılığın təşkilatı-hüquqi formalarını təyin edən əsas istiqamətlərdən biri kimi kooperasiyanın inkişaf etdirilməsi; ASK-nın dövlət idarəetmə sisteminin və funksiyalarının təkmilləşdirilməsi; təkrar istehsal prosesində - cins təsərrüfatlar, seleksiya və toxumçuluq müəssisələri, təcürbə-istehsal bazaları, baytarlıq, aqrokimya və digər təşkilatlarda həlledici əhəmiyyətə malik olan kənd təsərrüfatı müəssisələrinə dövlət dəstəyinin göstərilməsi; kənd təsərrüfatı yerlərinə sərbəst alqı-satqı mexanizmlıərini tətbiq etmədən, əsasən icarə prinsipində məhsul istehsalı ilə torpaq münasibətləri sisteminin formalaşdırılması;

Struktur – ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və ASK-nın inkişafında strateji istiqamətlərdən biri kimi taxıl istehsalının həcminin artırılması; heyvandarlıq sahəsi üçün zülal istehsalının qabaqlayıcı artım proqramının işlənib həzırlanması və həyata keçirilməsi; yağlı bitkilərin emalı və şəkər çuğundurundan şəkərin alınması zamanı yerli xammallardan istifadənin üstünlüyünün gözlənilməsi; quşçuluq fabriklərinin modernləşdirilməsi və onların kombinə edilmiş yem müəssisələri ilə inteqrasiyasına nail olunması; heyvandarlıq komplekslərinin istehsal gücündən tam istifadə, ət istehsalının sürətli artımı üçün əhalinin şəxsi yardımçı təsərrüfatlarının və digər istehsal təyinatlı kənd təsərrüfatı müəssisələrinin dəstəklənməsi;

Sosial – bütünlükdə ölkə üzrə məhsul istehsalçılarının gəlir səviyyəsinin tədricən artırılmasına və kənd əhalisinin əksər hissəsində kasıblığın tam aradan qaldırılmasına nail olunması; kənddə gənclərin orta və orta-ixtisas təhsilinə tam cəlb olunması əsasında aqrar sahədə çalışanların biliklərinin keyfiyyətinin yüksəldilməsi, kadrların ixtisasının artırılması və aqrar təyinatlı ali təhsil sisteminin təkmilləşdirilməsi; kənd yerlərində istehsl təyinatlı iş yerlərinin yaradılması.
Tarix: 6-11-2017, 22:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}