Satılan pambıqdan 4 dəfə çox ət və südə xaricə pul gedib

Satılan pambıqdan 4 dəfə çox ət və südə xaricə pul gedib Vahid Məhərrəmli

Bu ilin 9 ayı ərzində ölkəyə 49 milyon 64 min dollar dəyərində 10 min 837 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Ölkəyə gətirilən kərə yağının 1 kiloqramının idxal dəyəri orta hesabla 4 dollar 52 sent təşkil edib.


Xatırladım ki, keçən ilin eyni dövründə ölkəyə gətirilən kərə yağının 1 kiloqramının idxal dəyəri 3 dollar 41 sent olub. Onu da qeyd etməliyəm ki, 9 ay ərzində cəmi 41 milyon dollar dəyərində pambıq ixrac olunduğu halda, eyni müddət ərzində ölkəyə 46,5 milyon dollarlıq ət, 16 milyon dollarlıq ət məhsulları, 30 milyon dollarlıq kəsim üçün diri heyvanlar, 91 miyon dollarlıq süd məhsulları, o cümlədən 49 milyon dollar dəyərində kərə yağı idxal ounub.

Tam məsuliyyətlə demək olar ki, hakimiyyətin apardığı avanturist pambıq siyasəti heyvandarlığı sıradan çıxarıb. Ona görə də Azərbaycanda kərə yağının, ətin, südün, yumurtanın qiyməti digər ölkələrlə müqayisədə bahadır.

Siam.az
Tarix: 8-11-2017, 13:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}