Bu il ərzaq 17,6 faiz bahalaşıb

Bu il ərzaq 17,6 faiz bahalaşıb Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında hesabat yayıb. Novator.az-ın məlumatına görə, rəsmi açıqlamada qeyd olunur ki, 2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artıb.

Ərzaq məhsullarının qiymətləri 17,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz yüksəlib.

Bu ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsulları və xidmətlər 1,1 faiz, o cümlədən ərzaq məhsulları 2,3 faiz, qeyri-ərzaq malları 0,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,2 faiz bahalaşıb(novator.az).

Siam.az
Tarix: 13-11-2017, 19:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}