"Azərkosmos" dördüncü peykin buraxılmasından Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir

"Azərkosmos" dördüncü peykin buraxılmasından Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir "Azərkosmos" ASC orbitə dördüncü peykin buraxılması layihəsindən Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir.

Bu barədə Trend-ə ASC-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, bunu sayca 3-cü peykin "Azerspace-2/Intelsat-38" peykinin buraxılışından sonra bilmək olacaq.

Peykin tikintisi üzrə işlər 2018-ci ilin yanvarında başa çatacaq, buraxılış isə gələn ilin birinci rübünə planlaşdırılıb.

Peykin istehsalçısı Kanadanın MDA şirkətinin törəməsi "Space Systems Loral" şirkətidir.

"Azerspace-2/Intelsat-38" peyki rəqəmsal teleradioyayım xidmətlərinin göstərilməsi, məlumat ötürülməsi və digər xidmətlər üçün nəzərdə tutulub. Peykin orbitdə istismar müddəti 15 il olacaq.
Tarix: 19-11-2017, 09:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}