Dövlət Neft Fondunun 2018-ci il büdcəsi təsdiqləndi

Dövlət Neft Fondunun 2018-ci il büdcəsi təsdiqləndi
Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2018-ci il büdcəsini təsdiq edib.

Gələn il Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 11 mlrd 559 mln 956,2 min manat, xərcləri isə 9 mlrd 730 mln 221,8 min manat məbləğində təsdiq edilib.

ARDNF-nin gəlirləri neftin 1 barrelinin qiyməti $45 götürülməklə hesablanıb.


Karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 9 mlrd 723 mln 786,1 min manat və ya gəlirlərin 84,1%-i qədər olacaq.

Şirkət bonusları 774,172 mln manat həcmində, valyuta aktivlərinin idarə olunmasından əldə olunan gəlir 1 milyard 42 mln 46.1 min manat proqnozlaşdırılır.

Bundan əlavə, tranzit gəlirləri 16,34 milyon manat, akrhesabı ödənişlər 3,612 mln manat səviyyəsində proqnozlaşdırılır.

Xərclərin strukturunda 9 mlrd 216 mln manat və ya 94,7% dövlət büdcəsinə transfert, 200 mln manat qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi xərcləri, 90 mln manat Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi xərcləri, 176,128 mln manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi xərcləri təşkil edəcək. .

Bundan başqa(“Turan”), “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 16 mln 218 min manat, Dövlət Neft Fondunun idarə edilməsinə 31 mln 875,8 min manat ayrılıb.

* 2017-ci ildə Azərbaycan neftinin orta ixrac qiyməti 54 dollar/barel təşkil edib ki, bu da 2016-cı ildəkindən 28,5 faiz çoxdur. Gələn il beynəlxalq maliyyə təşkilatlarının orta illik neft qiymətləri bir barrel üçün 56-57 dollar səviyyəsində proqnozlaşdırılır.
Tarix: 30-12-2017, 10:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}