Ət bahalaşır: Xeyri də ziyanı üstələyir?

Ət bahalaşır: Xeyri də ziyanı üstələyir?
Qırmızı ətin faydaları və ziyanları haqqında çox yazılıb. Mütəxəssislər bu barədə eyni fikirdə deyil.

Bir qrup qırmızı ətin qida dəyəri baxımından balığa və ağ ətə uduzduğunu bildirsə də, digər qrup mütəxəssislər orqanizmin xüsusilə, payız-qış mövsümündə zəruri kalori ilə təminatında qırmızı ətə üstünlük verilməsini vacib sayır.


Ət niyə gec həzm olunur?

Qırmızı ətin tərkibində Neu5Gc var ki, mütəxəssislər bu maddənin orqanizm tərəfindən qəbulunun çətin olduğunu vurğulayır. Onların sözlərinə görə, bu maddəyə orqanizmin cavabı müxtəlif xəstəliklərin ortaya çıxması formasında ola bilər. Bu cavab tədbirləri sırasında iltihab, artrit və hətta xərçəngin adı çəkilir. Mütəxəssis rəyinə görə, insan orqanizmində olan genlərdən biri CMAH evulyasıya prosesində mutasiya olub. Bəzi canlılarda bu növ genlər Neu5Gc-i sintez etmək qabiliyyətinə malikdir, lakin insanda belə qabiliyyət yoxdur.

Nevada Universitetinin əməkdaşları apardıqları araşdırmada bir sıra maraqli nəticələr ortaya qoyub. Onlar canlıların 322 geni üzərində apardıqları təhlillərin nəticəsini ümumiləşdirib, evalyusiya cədvəli hazırlayıb. CMAH geni aktiv olan balıq növlərində dəridə Neu5Gc-yə praktik olaraq rastlanmayıb. Əvəzində o, böyük miqdarda kürüdə olub. Həmçinin, bəzu sürünənlərdə bu aktiv gün müəyyən edilib. Quşlarda isə onlara praktiki olaraq rast gəlinməyib. Söhbət insanın qida kimi istifadə etdiyi quşlardan gedir. Beləliklə, alimlər bu qənatə gəlib ki, insanlar menyulaırnda bu genin aktiv olduğu canlıların ətinə üstünlük verməməlidir.

Ət təhlükəli siyahıda

Dietoloqların məsləhətinə görə, insan menyusuna ilk növbədə meyvə-tərəvəz daxil etməlidir. Məhz həmin mütəxəssislər qırmızı ətin tərkibindəki maddələrə görə onu menyudan ümumiyyətlə, çıxarmaq mümkün olmasa da, maksimum azaltmağı məsləhət görür. Ancaq əvvəl də qeyd etdiyimiz kimi, sağlam qidalanma üzrə mütəxəssislərin heç də hamısı bu fikri bölüşmür. Buna qarşı çıxan və qırmızı ətin faydalarının ziyanından çox olduğu, sadəcə bişirilmə qaydasına düzgün riayət edilməsinin vacibliyini bildirir. 2015-ci ilin oktyabrında Ümumdünya Səhiyyə Təşkilatı qırmızı ətin “tərkibində kansoregen maddələrin olmasının mümkünlüyü bildirilən ərzaqlar” siyahısına daxil edib. Qeyd edilib ki, emal edilən ət siqarət qədər orqanizmə ziyanlı maddələr arasına daxil edilə bilər.



Doğrudanmı qırmızı ət bu qədər təhükəlidir?

Tədqiqatlar göstərir ki, qırmızı ət orqanizmi eyni zamanda bir neçə gərəkli maddə ilə təmin edir. Onun tərkibində ilk növbədə çox miqdarda zülal, mikroelementlər var ki, bu da maddələr mübadiləsini sürətləndirir, çəkini nəzarət altında saxlayır. Qırmızı ətin tərkibində olan B12 vitamini orqanizm üçün olduqca faydalı və zəruridir. İnsana enerji verir, sink isə xəstəlik və viruslarla mübarizə aparır. Qan təzyiqinin tənzimlənməsində də mal ətinin əhəmiyyəti var.

Əgər menyunuza buğda yox, otyeyən heyvanların ətini daxil etsəniz, orqanizmi kifayət qədər omeqa-3-lə təmin etmiş olarsınız. Məhz həmin heyvanların ətindən pəhriz proqramlarında istifadə edilir, artıq çəki ilə mübarizədə menyuya daxil olunur. Çünki otyeyən heyvanın ətində yağlılıq dərəcəsi taxılkimilərlə qidalanan heyvanın ətinə nisətən daha azdır. Bununla belə bəzi ekspertlər bildirir ki, bütün yağların orqanizm üçün ziyanlı olduğunu unutmaq olmaz. Həmçinin qırmızı ətin tərkibində “pis”xolesterini azaldan və insult riskini aşağı salan maddələr var.

Kişilər və qadınlar üçün ayrı təhlükə

İndi isə qırmızı ətin ziyanları barədə danışaq. Qırmızı ətin tərkibindəki bir şox maddələr ürək xəstəliyi riskini azaltmağa başlayır. 2010-cu ildə aparılan genişmiqyaslı araşdırma göstərir ki, emal edilən qırmızı ət (burada söhbət əsasən bekon, kolbasa, sosiska kimi məhsullardan gedir) ürəyin işemik xəstəliyinə səbəb olur.

Araşdırmaçılar bu qənaətə gəlib ki, qırmızı ətin həddən artıq çox istifadəsi dünyanın qorxulu röyası olan xərçəng riskini də artırır. Burada xərçəngin bir neçə növündən söhbət gedir. Xüsusilə, kişilərdə kolon (yoğun bağırsaq) xərçəngi və menopauza dönəmindəki qadınlarda döş xərçəngi riski arta bilər. Bu vəziyyətlə üzləşməmək üçün mütəxəssislər emal edilən qırmızı ətdən istifadəni maksimum azlatmağı məsləhət görür. Onun əvəzində zülal təminatını başqa qida məhsullarından almağın vacibliyini bildirir. Əvvəllərdən də bu siyahıya balıq, quş əti, süd məhsulları daxil edilib. Ancaq bu söylənənlər dünyada ətin istehlakını nəinki azlatmır, əksinə, artırır. Bir çox ölkələrdə insanlar menyunu qırmızı ət olmadan təsəvvür edə bilmir. Bununla yanaşı qırmızı ətin faydalarının ziyanlarından daha çox olduğunu deyən mütəxəssislərin sayının da az olmamasını nəzər almaq lazımdır. Mütəxəssilər bir məsələdə ortaqdırlar- hər şeyin artığı ziyanlı olduğu kimi qırmızı ətin də çox miqdarda istifadəsi ziyanlıdır. Çünki orqanizm üçün tələb edilən gündəlik kalorinin bir hissəsini də sağlam menyudan almaq mümkündür.

Siqaret və ət eyni dərəcədə qorxuludur?

Emal edilən qırmızı əti tərkibindəki kansoregen maddələrə görə siqaretlə müqayisə edən mütəxəssislər də deyir ki, bu, hələ onun xərçəng yaratmaqda siqaret qədər “bacarıqlı” olduğu anlamına gəlməz. Başqa sözlə desək, siqarət və qırmızı əti xərçəng yaratmaq qabiliyyətinə görə eyniləşdirmək olmaz. Əgər gün ərzində menyuya 50 qram emal edilən qırmızı ət daxil edilərsə, bu, xərçəngin yaranma riskini 18 faiz artıra bilər. Siqaretdə isə bu risk 2500 faiz qiymətləndirilir.

Bu isə bəllidir ki, eyni deyil və müqayisə edilməyəcək dərəcədədir. Buna görə də mütəxəssislər menyu hazırlayarkən ilk növbədə orqanizmin “tələbinə” qulaq asmaq lazım olduğunu bildirır. Qırmızı əti menyudan ümumiyyətlə, çıxarmaq yerinə emal edilən qırmızı əti maksimum azaltmaq, düzgün bişirilmə qaydasına riayət etmək laızmdır. Xüsusilə, uşaqların kolbasa, sosiska sevdiyini və onları çiy yeməyə meyilli olduqlarını unutmaq olmaz. Uşaqların meynusuna xüsusi olaraq balacalar üçün hazırlanan və bu zaman standarlara tam riayət edilən kolbasa və sosiska daxil etmək olar. Lakin bu zaman miqdara diqqət yetirilməli və həftə ərzində 100-150 qramdan artıq olmamalıdır.



Hansı əti yeyək?

Beləliklə, ət alarkən və istifadəsi zamanı mütəxəssislərin məsləhətinə əməl etmək lazımdır. Unutmayaq ki, mal əti orqanizmdə hüceyrələrin düzgün inkişafı üçün vacib olan B12 vitaminilə zəngindir. Mal ətində çoxlu dəmir və sink kimi mikroelementlər var. Lakin onu daim yox, hərdənbir yemək və emal edilmiş ətdan maksimum uzaq durmaq lazımdır. Ov ətləri arasında maral əti xüsusilə seçilir. O, az yağlılığı və güclü ətiri ilə səciyyələnir. Dovşan ətinin keyfiyyəti çox yüksəkdir, o, proteinlərlə zəngindir (20% yaxın) və yağlılığı azdır (3-5%). Bundan əlavə, dovşan əti mineral (duzlar, kalsium və fosfor), B qrupuna aid vitaminlər, mis, sink və kobalt kimi mikroelementlər ilə zəngindir. Əlavə olaraq, dovşan ətinin başqa vacib xüsusiyyəti ondan ibarətdir ki, o, insan orqanizmində təxminən bütövlüklə ( 90% ) həzm olunur. Bu ətin tərkibində az xolesterin olduğu üçün o, damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır.

Ətin düzgün saxlanma qaydası

Çiy ət yuyulmalı, yaxşı qurudulmalı və sonra isə xüsusi konteynerlərdə saxlanmalıdır. Əti porsion tikələrə doğrayıb sellofan paketlərinə qoyaraq dondurucu kamerada 2-3 ay ərzində saxlamaq olar.

Sevil Ağazadə

Cebhe.info
Tarix: 1-01-2018, 16:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}