Komitə bahalaşmanı niyə gizlədir?


Yola saldığımız il üçün inflyasiya rəqəmləri açıqlanıb. Məlum olub ki, ərzaq məhsullarının qiyməti 16, 4 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 11,6 faiz əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3 faiz bahalaşıb.

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Dekabr ayında noyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, zeytun yağının, çay və qəhvənin, bananın, almanın, armudun, narın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, sarımsağın, kartofun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, xurmanın, kələmin, göyərtinin, soğanın, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, zərgərlik məmulatlarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma, soyuducuların, mobil telefonların, planşet tipli kompyuterlərin, havanın isidilməsi üçün qızdırıcıların, tozsoranlarn qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.Eksertlər əslində qeyri-rəsmi inflyasiyanın daha çox olduğu qənaətindədirlər.Sadəcə, rəqəmlərin şişirdilmiş formada ictimaiyyətə təqdim olunduğunu bildirirlər.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, inflyasiyanı dəqiq demək üçün monitorinqlər həyata keçirmək və ölçmələr həyata keçimək lazımdır:



“Amma belə sadə müşahidə vasitəsilə də söyləmək mümkündür ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər 2017-ci il üçün xeyli miqdarda aşağı rəqəmlərdir. Əslində ərzaq məhsulunun böyük əksəriyyəti 20 faizdən çox bahalaşıb.Əhaliyə göstərilən xidmətlər də hardasa 19-20, hətta elə xidmətlər də var ki, 50 faizə qədər bahalaşıb.Bu göstəricilər demək olar ki, komitə tərəfindən yarıbayarı azaldılmış formada təqdim edilir.Ümumi inflyasiya səviyyəsinin aşağı salınması üçün cəhdlər həyata keçirilir.Ümumi inflyasiya göstəricisinin bir sıra məsələlərə, yəni ölkədə pensiyanın indeksləşdirilməsi, əhalinin real gəlirlərinin hesablanması kimi məsələlərə təsiri var. Əgər real inflyasiyanı açıq şəkildə etiraf etsək, o zaman deməliyik ki, 2017-ci ildə əhalinin real gəlirləri xeyli azalıb.Yəni bunları etiraf etməmək üşçün real rəqəmləri kiçildirlər”.

Alçina Amilqızı
Tarix: 14-01-2018, 17:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}