Sumqayıtda Bakıdan gələn çörəklərə qadağa davam edir


“Bir neçə gün əvvəl Sumqayıtda Bakıda istehsal olunan çörəklərin satışının qadağan olunması barədə məsələ ölkə mətbuatının gündəmini zəbt etdi, çörək oliqarxı Tofiq Hüseynov, deyilənə görə, icra başçısının köməkliyi ilə Sumqayıt şəhərində yaşayan əhaliyə çörək böhranı yaşatdı”. Bunu qəzetimizin elektron poçtuna göndərilən məktubda yazırlar.

“İcra hakimiyyətinin sözçüsü, eyni zamanda Tofiq Hüseynov bunu təkzib etsə də, yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirsələr də, sonradan Bakıdan gələn çörəklərin Sumqayıtda satışına qoyulan qadağa təsdiqini tapdı.

Bu problem xeyli ictimailəşsə də həllini hələ də nəinki tapmayıb, üstəlik, qadağa daha da sərtləşib.

Xatırladaq ki, Sumqayıtda çörək daşınması və bişirilməsi işi ilə məşğul olan sahibkarların yaydığı müraciətdə “çörək Tofiq” kimi tanınan, çörək zavodunun sahibi, Milli Məclisin keçmiş deputatı Tofiq Hüseynov şəhərdə çörək satışını inhisara alıb” yazılıb. İcra başçısı Zakir Fərəcov da Tofiq Hüseynovun Sumqayıta başqa yerdən çörək gətirilməsinin qarşısını almasına göz yumur”.

Həmçinin vurğulanırdı ki, market sahibləri İcra Hakimiyyətinə çağırılıb və başçının müavini onlarla görüşüb. Market sahiblərinə bildirilib ki, yanvarın 8-dən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunub. Onlara yalnız Sumqayıt çörək zavodunun məhsullarını satacaqları ilə bağlı xəbərdarlıq edilib”.

Sumqayıtda çörək işi ilə məşğul olan kiçik sahibkarlar mətbuata bildiriblər ki, həmin günlər səhər saatlarında “Çörək Tofiq”in göstərişilə Sumqayıtın Gigiyena və Epidemiologiya şöbəsi şəhərin giriş-çıxışında post quraraq Bakıdan gələn çörək maşınlarını “yoxlayıblar”.

“Yoxlamanın nəticəsi hər gün eyni olur: Həmin maşınlar Sumqayıta buraxılmır. Bundan başqa, “Çörək Tofiq” Sumqayıtda özəl çörək sexlərinin fəaliyyətinə də maneçilik göstərir. Bununla da Sumqayıtda çörək satışını yalnız özü həyata keçirir. Halbuki, Tofiq Hüseynova məxsus zavodda bişirilən çörəyin başqa sexlərdə bişirilən çörəklərdən həm çəkisi azdır, həm də keyfiyyəti aşağıdır”.

Sumqayıtda Bakıdan gələn çörəklərə qadağa ilə bağlı monitoring aparılıb və bir sıra iri supermarketlərdə Bakıda istehsal olunan “Xırdalan”,”Binə” çörəyi ,”Bakı” çörəyi gözə dəyməyib, onlar satışda olmayıb. Həmin supermarketlərin satıcıları da etiraf etdilər ki, neçə gündür Bakıdan çörək qəbul olunmur… Yəni bu o deməkdir ki, qadağa öz işini görüb. Mətbuatda gedənlərin elə də ciddi təsiri olmayıb.

Qadağa halları konkret olaraq “Hiper market” “Pioner” və sair marketlərdə müşahidə edilib”.

Tarix: 16-01-2018, 05:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}