Pensionerləri hökumət yenə aldatdı

Pensionerləri hökumət yenə aldatdı
Günlərdir ölkə təqaüdçüləri şəhər bankomatlarının qarşısında boynunu büküb təqaüdlərin nə vaxt köçəcəyini gözləyir. Əslində, hər kəs gecikmənin bu aydan etibarən təqaüdlərə edilən artım faizinin hesablanması ilə bağlı olduğunu düşünürdü. Amma insanların gözləntiləri özünü doğrultmadı.
Təqaüdlər gəlib çıxdı, amma yenə əvvəlki məbləğdə. Dünən böyük növbələrdə gözləyib pul çıxaran təqaüdçülərə məlum olub ki, hökumət hələ məlum faizləri hesablayıb qurtarmayıb. Hansı ki, bir az əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov demişdi ki,
“2018-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacaq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq”. Onun ardınca Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev də yeni qaydanın aşağı formada tətbiq olunacağını bildirmişdi: “Hər il olduğu kimi əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı prezidentinin ayrıca sərəncamının imzalanacağı gözlənilir. Sərəncamla Dövlət Statistika Komitəsinin 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım göstəricisi barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən həmin qədər artırılması həyata keçiriləcək.
2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan dəyişikliklərə əsasən əmək pensiyalarında “baza hissəsi” və “sığorta hissəsi” anlayışları aradan qalxıb. Ona görə də əvvəlki illərdən fərqli olaraq, əmək pensiyalarının yalnız sığorta hissəsinin deyil, artıq bütün məbləğinin ölkə üzrə əmək haqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin olunacaq. Bu dəyişiklik ilk növbədə pensiyasının məbləği aşağı olanlar üçün məqsədəuyğundur. Məsələn, 200 manat pensiya məbləği əvvəllər 110 manat baza hissəsindən və 90 manat sığorta hissəsindən ibarət idi və indeksasiya yalnız sığorta hissəsinə tətbiq olunurdu, deməli, Yeni qaydalara görə isə bütün məbləğə (yəni 200 manata) orta aylıq əmək haqqının artım sürəti yəni 6,4%-lik artım tətbiq olunur və nəticədə pensiya 200x 6,4%=12,8 manat artır.”
Nazirlik rəsmisi artıq artımların fevral ayında tqaüdlərin ödənişi zamanı yanvar və fevral aylarındakı artımlarla birlikdə ödəniləcəyini bildirib.

azadliq.info
Tarix: 19-01-2018, 00:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}