Avropa Birliyi Ukraynaya 1 milyard avro ayıracaq

Avropa Birliyi Ukraynaya 1 milyard avro ayıracaq
Avropa Komissiyası Ukraynaya bir milyard avro həcmində dördüncü makromaliyyə yardımı proqramı təklif edib. Bu barədə qurumun məlumatında bildirilir.

Proqramı Avropa Birliyi Şurası və Avropa Parlamenti təsdiqləməlidir.

Maliyyə məsələləri üzrə avrokomissar Pyer Moskovisi Ukrayna hakimiyyətini ədalətli ölkə yaratmaq üçün islahatları yeni güclə həyata keçirməyə çağırıb.

Bir müddət əvvəl Ukrayna prezidenti Petro Poroşenko bəyan edib ki, Avropa Komissiyasından 1,8 milyard avro həcmində yeni maliyyə yardımı proqramının elanını gözləyir. Qurumdan bildiriblər ki, maliyyə yardımı proqramına görə Ukraynaya kreditin son tranşını verə bilməzlər, lakin yeni analoji yardım proqramını istisna etmirlər.

Siam.az
Tarix: 10-03-2018, 09:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}