“Kapital bank”ın 1 illik gəlirinə “Real” futbolçu alıb

Neymarı satıb, “Azercell”i almaq olar – Futbolçulara verilən pullarla nələr almaq olardı?
                                                                                                                                                                                                                          İsveçin “Telia” şirkəti “Azercell Telecom”dakı 51,3%-lik payını 222 milyon avroya satıb. 
Başda bu rəqəm gözümüzdə böyük görünsə də, sadəcə bir futbolçunun transfer qiyməti olduğunu nəzərə alsaq, yenidən düşünməliyik.
Söhbət Braziliyalı hücumçu Neymardan gedir. 2017-ci ildə Paris Sen-Jermen Neymarı 222 milyon avro qarşılığında “Barcelona”dan transfer edib. Neymarın hər kəsi şoka salan bu transfer puluna alınacaqlar siyahısında 58 ədəd “Lamborgini” 8 F-16 qırıcı təyyarəsi, 3 ədəd Boeing 737 təyyarəsindən sonra indi də nəhəng telekommunikasiya şirkəti “Azercell”in yarısından çox hissəsi əlavə edildi.
Minval.info xəbər verir ki, dünya futbol tarixinin ən bahalı transferi Neymar sayılsa da, digər futbolçulara da ödənilən pulla böyük şirkətlərə sahib çıxmaq olardı. Ən bahalı transferlərə xərclənən pullarla başqa nələr almaq olardı?
“Juventus”dan “Mançester Yunayted”ə 105 milyona transfer edilən Paul Poqba ödənilən pulla dünyanın ən böyük logistika şirkəti “DHL Express”in Avropa bazarına sahib olmaq olardı. Həmçinin, Leonardo DiKaprioya “Oscar”ı qazandıran “Revenant” (“Sağ qalmış”) filmi üçün də 105 milyon avrodan bir qədər çox pul xərclənmişdi.
“Tottenhem”dən “Real Madrid”ə gedən Gareth Bale üçün ödənən 100 milyon avroya məşhur “Game of Thrones” serialının 1 sezonunu maliyyələşdirə bilərdilər.
Ronaldo 2009-cu ildə 94 milyon avroya “Real Madrid”ə transfer olmuşdu. Elə həmin dövrdə Van Goghun özünü saqqalsız çəkdiyi tək rəsm əsərini 98 milyon dollar satmışdılar.
2014-cü ildə Real Madridə transfer üçün James Rodrigezə 80 milyon avro ödənmişdi. Bu pul Azərbaycanın ən böyük banklarından biri olan “Kapital bank”ın illik gəliridir.
“Barcelona”nın Suarezə ödədiyi 82 milyon avroya isə “Qaradağ Sement” ASC-dən 50%-lik pay almaq mümkündür.
Tarix: 10-03-2018, 23:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}