Əldə olan pulları riskdən necə qorumalı?

 Dünən xəbər verdiyimiz kimi analoji olaraq iyun, avqust və dekabr ayları dollara olan tələbin artmasının müşahidə edildiyi aylardır. Avqust ayında məktəb mövsümünün başlanması, iyunda xairici səfərlərin olması və bu istiqamətdə ödənişlərin xarici valyutada olması, o cümlədən dekabr ayında xarici borcların ödənilməsi dollara tələbin artmasına səbəb olacaq. Dollara tələbin artması isə (üzən məzənnə rejimində) dolların dəyər qazanmasına səbəb olacaq. Buna görə də, ortaya bir sual çıxır ki, o da, əhali əlində olan pulunu riskdən necə qorumalıdır?

“Ölkə.Az” əhalinin əlində olan pulun risklərdən necə qorumaq və ya baş verəcək valyuta dəyişikliyindən necə qazanmağın yolları barədə xəbər verir.

50 və ya 60 faizi dollar, 20 faizi avro və 20 və ya 30 faizi günlük tələbat üçün manat valyutasında saxlamaq daha məsləhətdir. Bu, sığortalanmış valyuta səbətidir. Valyuta bazarındakı tendensiyaların dəyişməsindən asılı olaraq bu faizlər dəyişə bilər. Deməli, fərqli məlumatlar fonunda sizin qərarlarınız yığımlarınızı valyuta risklərindən qoruya bilər. Buna görə də, pulun valyuta səbəti formasında saxlanılması daha məqsədəuyğundur.

Bunlardan başqa əhali əlində olan valyutasından qazanc da əldə edə bilər. Belə ki, əgər dolların manata rəsmi kursu və ya banklardakı alış-satış məzənnəsi yüksəlirsə, deməli, növbəti həftələrdə xarici valyutaların kursunun artacağı daha çox gözləniləndir. O zaman dollar almaq olar. Və bu artım 2-3 həftədən sonra dolların yenidən ucuzlaşması ilə müşahidə ediləcəksə deməli, növbəti həftələrdə manatın möhkəmlənməsi ehtimalı yüksəkdir. Bu halda, valyutanı dəyişmək olar. Yəni, bazar özü 2-3 həftəlik və ya 1 aylıq valyuta mesajı verə bilir.

Tarix: 3-04-2018, 21:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}