Təmir adı ilə yeyilən milyonlar... - Proses davam edir...
“Xətai” metrostansiyası son iki ildə ikinci dəfə təmir üçün bağlanacaq. Stansiyanın eskalatorları dəyişdiriləcək. Qeyd edək ki, bundan əvvəl stansiyanın daxili infrastrukturu yenilənmişdi. Artıq təmirdən sonra istifadəyə verilən metrostansiyaların, yolların, müxtəlif infrastrukturların təmirdən sonra yenidən təmir adı ilə bağlanması adi hala çevrilib. Bu, Azərbaycanda bəzi məmurların gündəlik həyat tərzidir, gördükləri “məişət işləri”dir. Əlbəttə, bu kimi işlərin ölkədə korrupsiyanın əsas mənbəyi hesab edildiyini nəzərə alsaq, bu halların niyə tez-tez təkrarlanmasına biganə qalmaq olmur. Hesab etmək olar ki, bir sıra məmurlar dövlət tərəfindən ayrılan pulları mənimsəmək üçün bu vasitədən gen-bol istifadə edirlər.
Açıq formada ifadə etsək, o qədər də ehtiyac olmadan, yenicə təmirdən çıxmış infrastrukturların yenidən təmir üçün bağlanılması korrupsiyanın əsas mənbəyinə çevrilir və bir sıra məmurlar da bundan lazım olan qədər istifadə etməyi bacarırlar. Belə desək, bəzi məmurlar şəxsi qazanclarını təmin etməyin yollarını yaxşı bilirlər. Bunun üçün onların kifayət qədər alternativləri var.
Kimsənin ağlına gəlmir, amma...
Vaxtilə - Ziya Məmmədovun nəqliyyat naziri olduğu dönəmlərdə milyardlarla manat maddi vəsait xərclənən yolların tez-tez sıradan çıxması və istifadəyə verilən yolların yenidən çəkilməsi hallarının tez-tez təkrarlandığını nəzərə alsaq, həmin vaxt bu sahəyə rəhbərlik edən şəxslərin bu vasitə ilə nə qədər pulları ciblərinə ötürdükləri məlum olur. Bütün ölkə ən vacib qərar olan yol infrastrukturunun qurulmasında da cavcbdeh şəxslər öz mənfəətlərini güddülır. Korrupsiya və rüşvət alış-verişi təkcə nəqliyyat sahəsi ilə məhdudlaşmır, digər sektorlarda da məmurlar pulları mənimsəməyin milyon yollarını bilirlər. Bunun məktəblərdə “süpürgə pulu”, universitetlərdə “semestr pulu”, icra hakimiyyətlərində hansısa başqa adla, bələdiyyələrdə torpaqların hansısa vətəndaşın adına “özəlləşdirilməsi” və s. var. Anadolu türkləri demiş, var ki, var. Belə desək, icad olunmayan variantlar da bizim bəzi məmurların ağılına gəlir.
Məsələn, 10 manat xərclənən yerə 2 manat xərcləyirlər. Beləliklə, keyfiyyətsiz işin mənfi nəticələri ortaya çıxanda, bunun səbəbini həmin məmurların kassalarında axtarmağa başlayırlar. Əks halda bir dəfə görülən işi ikinci dəfə niyə görsünlər ki? Yaxud, bir işi niyə yarımçıq saxlasınlar? Bir işin ikinci dəfə görülməsinə və yarımçıq saxlanılmış işin nə vaxtsa davam etdirilməsi də bu qəbildəndir. Əlbəttə, dövlətin maraqlarını düşünən məmur puldan qənaətlə istifadə edib qalanını da başqa problemin həllinə, inkişafa xərcləyərdi. Bizdə isə əksinədir, necə deyək, puldan qənaətlə istifadə edirlər ki, özlərinə də qalsın. Köhnə infrastrukturlara bir az “əl gəzdirib”, bir az rəngləyib, üzlük çəkib kimlərisə, ilk növbədə də xalqı aldatmağa çalışırlar. Amma insanların da gözləri tərəzidir. Bəzi məmurlarımız isə özünə “yaşıl işıq” yandırıb, işlərini şəxsi maraqlarını təmin etmək yönündə qururlar.
Bəzən məmurların bir-brini müdafiəsi elə bir həddə çatır ki, məhkəmələr öz bahalı avtomobilləri ilə vətəndaşı vurub öldürənlərə cəza verməkdən belə çəkinirlər. Şübhəsiz ki, ədalət tərəzisinin məmur tərəfinin ağır basdığı yerdə dövlət, dövlətçilik, xalq mənafeyi son plana düşür.
Cebhe.info
Tarix: 9-04-2018, 09:43
-
Bu gün, 09:18
AYNA pul yığmaqdan başqa NƏSƏ BİLİR? - ETİRAZ
-
Bu gün, 09:16
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? – Rəsmi AÇIQLAMA
-
Bu gün, 09:08
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya başlanılması 1 iyuldan sonra...– RƏSMİ AÇIQLAMA
-
Bu gün, 09:04
Deputat Ülvi Quliyevin 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb
-
Bu gün, 08:53
Özəl xəstəxanalar üçün “qiyamət günü” yaxınlaşır - NƏ ETMƏLİ?
-
Bu gün, 08:50
Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
-
Bu gün, 07:43
Göyçay sakinləri AĞIR DURUMDA... - NARAZILIQ
-
Bu gün, 07:42
Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır
-
Bu gün, 07:42
Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...
-
Bu gün, 07:42
Qəssabın 17 minlik ətini alaraq restorana satdı, pulunu vermədi - MƏHKƏMƏ
-
Bu gün, 07:41
“ABŞERONDA YOL POLİSİ KÜRƏKƏNİMDƏN 2500 MANAT RÜŞVƏT TƏLƏB EDİB” – “DİN-ə müraciət etdim deyə, kürəkənimi “avtoxuliqan” kimi cərimələdilər”
-
Bu gün, 07:40
Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...
-
Bu gün, 07:40
Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən SAXLANILDI
-
Bu gün, 07:40
“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ
-
Bu gün, 07:40
Sumqayıtda məktəbdə 188 min manatlıq mənimsəmə - Cinayət işi açıldı
-
Bu gün, 07:40
"Kral Təbabət" XƏSTƏLİK `SAÇDI`... - İŞ MƏHKƏMƏDƏDİR
-
Dünən, 23:13
Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! - İcra başçısı NƏ ÜÇÜNDÜR Kİ?
-
Dünən, 22:09
Klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı - FOTOLAR
-
Dünən, 22:08
Lənkəranda 22 yaşlı tələbə Könülün qətlində şübhəli bilinən Elvin –FOTO
-
Dünən, 22:05
"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı
-
Dünən, 22:03
Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
-
Dünən, 22:01
Keçmiş deputatın şirkəti camaatla ÇƏKİŞİR - TƏFƏRRÜAT
-
Dünən, 21:59
Qərbin "havası ilə oynayan" Ermənistan: - Rusiya Nikolu cəzalandırır
-
Dünən, 18:28
Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır - FAKT BUDUR!
-
Dünən, 18:23
Şok Şok Şok: Ucar xəstəxanasında xəstəni girov götürdülər-VİDEO
-
Dünən, 18:01
Dünya susur, Bakı dəstək verir: Yeni Kaledoniyadan Fransaya sərt sillə
-
Dünən, 16:53
Rayon rəhbəri Kəbirli kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib
-
Dünən, 16:48
"Əli İnsanovun partiyası siyasi zibilxana idi" - Zəlimxan Məmmədlidən ağır ittihamlar - VİDEO
-
Dünən, 16:47
Husilər ABŞ-nin daha bir esminesinə hücum həyata keçirdilər
-
Dünən, 16:09
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Kəbirli kəndində keçirilib
{sape_links}{sape_article}