“Gözləyirdim ki, İnam Kərimovu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərəcəklər” - ekspert


Qubad İbadoğlu: “Kənd Təsərrüfatı Nazirliyi fermerlərin fəaliyyətinə müdaxilə etməməlidir”

“Asan Xidmət”in Azərbaycan insanlarının həyatındakı xidmətində İnam Kərimovun rolu böyükdür”.

Bunu “Yeni Müsavat”ın canlı yayımına qatılan Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu yeni nazir təyinatları ilə bağlı suala cavabında bildirib.

Musavat.com xəbər verir ki, iqtisadçı ekspert ilk gündən İqtisadiyyat və Maliyyə Nazirliyində dəyişiklik gözləmədiyini deyib: “Amma Kənd Təsərrüfatı Nazirliyində, Sosial Müdafiə Nazirliyində dəyişikliklər gözlənilən idi. Yeni təyinat alan şəxslərlə bağlı deyim ki, “Asan Xidmət”in təşkilində, fəaliyyətində, bütövlükdə “Asan Xidmət”in Azərbaycan insanlarının həyatındakı xidmətində İnam Kərimovun rolu böyükdür. Çünki menecer əhəmiyyətli peşədir və dövlət siyasətində menecerin məsələyə yanaşması çox şeyi dəyişə bilər. Azərbaycan timsalında, biz böyük şeyləri nəzərədə tuta bilmirik. Amma xidmət sektorunda gözləntilərimiz ola bilər. Mən gözləyirdim ki, İnam Kərimovu Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinə göndərəcəklər. O, daha çox ictimai və dövlət xidmətləri ilə məşğul olmuşdu. Çünki bu nazirlik əsasən sosial xidmətlər göstərir. Bu sahədən xeyli narazılıqlar var: pensiyaların hesablanması, ödənilməsi, pensiya kapitalının formalaşması ilə bağlı şikayətlər yaranmışdı. O baxımdan bu sistemdə xeyli islahatlara ehtiyac var”.

Q.İbadoğlu Kənd Təsərrüfatı Nazirliyinin fermerlərin fəaliyyətinə müdaxilə etməməsinin daha uyğun olduğunu deyib. Onun sözlərinə görə, fermerlərə azadlıq vermək lazımdır: “Fermer özü müəyyənləşdirməlidir ki, nəyi əkəcək, nəyi biçəcək və nəyi satacaq. Nazirlik müəyyənləşdirməlidir ki, kartofun, soğanın, sarımsağın alış qiyməti necə olacaq. Azərtbaycan fermerləri çox çətin vəziyyətdə olurlar. Keçən il sarımsağın, bu il soğanın qiyməti çox baha oldu. Qiymət siyasəti müəyyənləşdirilməlidir ki, hansı qiymətə dövlət onu ala bilər. Fermer də xərcini hesablamalıdır ki, hansı məhsulu satsa, alış qiymətini də nəzərə almaqla, bundan gəlir götürə bilər. Onda o, qərarı düzgün verəcək. Biləcək ki, nəyi almaq, nəyi satmaq lazımdır. Bazarı da bilməlidir. Bizim fermerlər bunu müəyyənləşdirə, bazarı araşdıra bilmirlər. Bunu Kənd Təsərrüfatı Nazirliyi etməlidir”.

Sevinc

Tarix: 16-05-2018, 21:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}