“Azəriqaz” əhalini soyuqla sınağa çəkir - GİLEY
Bakıda təbii qazın verilişi ilə bağlı problemlər bitmək bilmir.
Şəhərin müxtəlif ərazilərində bəzən təbii qazın verilişi tamamilə dayandırılır, digərlərində təzyiqin azalması problemləri yaşanır. Qaz probleminin aktual olduğu bölgələrdən biri də Bakının Novxanı kəndidir. Bu kənddə mavi yanacağın verilişində olan fasilələr davamlı xarakter daşıyır. Əslində isə eyni vəziyyət zaman-zaman Bakının nəinki ətraf qəsəbələrində, hətta mərkəzində, yaxud mikrorayonlarda da yaşanır.
Xatırladaq ki, bu ayın əvvəllərində Novxanı qəsəbəsində təbii qazın verilişində problemin olması ilə bağlı AXCP sədri Razi Nurullayev Baş nazir Novruz Məmmədova müraciət edib. Müraciətdə problemin davamlı xarakter daşıdığı vurğulanıb: “Hər gün minlərlə vətəndaş həm mətbuatda, həm də sosial şəbəkələrdə hökuməti ciddi ölçülər götürməyə dəvət edir. Lakin heç nə dəyişmədi və dəyişmir. “Azəriqaz” rəhbərliyi əhalinin sanki heysiyyatilə oynayır. “Azəriqaz” ölkəni xaosa, çaxnaşmaya sürükləyir. Bu məsələ hazırda da aktuallığını saxlayır. Yaşadığım Novxanı kəndində və yaşayış massivlərinə verilən təbii qazın təzyiqi o qədər aşağıdır ki, nəinki kombi istilik sistemini işlətmək, heç bir qazan yeməyi də bişirmək mümkün deyil”.
Müraciətdə həmçinin qeyd edilib ki, vətəndaşlar qazın olmamasına, təzyiqinin aşağı olmasına o halda dözər ki, dövlətin buna gücü çatmır, maliyyəsi yoxdur, enerji ehtiyatları tükənib: “Azərbaycan güclü dövlətdir, enerji ehtiyatlarımız yetərincədir. Nəinki özümüzü, bütün Cənubi Qafqazı təmin etmək gücündədir. Belə bir halda nəyə görə mən evimdə donduğum və mənimlə bərabər on minlərlə ölkə vətəndaşı soyuqdan donduğu halda, sahibkarların istixanalarda çəkdiyi zəhməti hədər gedə-gedə aidiyyatı qurumlar ağızdolusu qaz təminatının yüksək olduğundan və xarici ölkələr qaz satdıqlarından fəxrlə danışmalıdırlar?”
AXCP sədri Prezidentin iştirakı ilə qaz təminatına və digər sosial xidmətlərə dair müşavirə keçirilməsinə ehtiyac olduğunu bildirir. O, yaradılan komissiya yoxlamalara başlasa ciddi korrupsiya faktları aşkara çıxaracağını güman etdiyini bildirib.
AXCP sədrinin müraciətindən xeyli müddət keçməsinə baxmayaraq, Novxanı kəndində qaz problemi öz həllini tamamilə tapmayıb. Bu günlərdə redaksiyamıza müraciət edən kənd sakinləri tez-tez təbii qazın kəsildiyini bildiriblər.
Qeyd etdiyimiz kimi, qazın verilişi ilə bağlı problemi təkcə Novxanı kəndinin sakinləri yaşamır. Digər Bakı kəndlərində də mavi yanacağın verilişinin dayandırılması halları mövcuddur. Nardaran kəndində həftənin iş günləri qazın təzyiqi normal olsa da, həftəsonu sakinlər bu problemlə üzləşirlər. Qazın təzyiqi kəskin şəkildə aşağı düşür. Qeyd edək ki, Bakı kəndlərində qazın verilişi ilə bağlı problemlərin yaşanmasının səbəblərindən biri də istixanaların fəaliyyət göstərməsidir. İstixanaların fəaliyyəti qaza tələbatı artırsa da mavi yanacağın təzyiqinin aşağı olması sakinlərin, o cümlədən istixananın sahiblərinin də problemlə üzləşməsinə səbəb olur.
AXCP sədri də bu məqama toxunub: “Novxanı və Bakının digər kəndlərində istilikxana sahibləri də ciddi itkiyə məruz qalırlar. Kiçik, arxasız və ancaq özünə güvənməyə əlacı çatan sahibkarlar ailəsini dolandırmaq üçün istixanalarda pomidor, xiyar yetişdirirlər.
İstilik yoxsa, istixanalarda məhsullar da məhv olur”. Onu da xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi hələ yay aylarında bu il əhalinin qaz problemi yaşamayacağını vəd etmişdi. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirmişdi ki, havalar soyuduqca təzyiq artırılacaq. İndi isə Bakı kənd və qəsəbələrinin sakinləri bəlkə, dekabr 22-dən sonra qazın təzyiqi artar deyə, qışın gəlişi ilə bağlı açıqlanan günü gözləmək məcburiyyətindədirlər.
Tarix: 20-12-2018, 16:22
-
Bu gün, 09:25
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Bu gün, 09:25
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Bu gün, 09:24
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
-
Bu gün, 09:23
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
-
Bu gün, 07:37
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
-
Bu gün, 07:36
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Bu gün, 07:36
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Bu gün, 07:36
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
{sape_links}{sape_article}