Asiya bazarları çökdü

 ABŞ prezidenti Donald Trampın Mərkəzi Bank (FED) ilə yaşadığı fikir ayrılığı və ABŞ-da hökumətin bağlanması Asiya bazarlarına kəskin təsir edib.
Siam.az  Sputnik Azərbaycan-a istinadən bildirir ki, Yaponiyanın birja indeksi "Nikkey" təxminən 5 faiz aşağı düşüb. Bu, 2017-ci ilin aprel ayından bəri ən kəskin azalmadır. Banqkok, Tayvan birjaları da günü itki ilə bağlayıb. Çində də "Şanxay" birjası 2 faizdən çox ucuzlaşıb.
İnvestorların Donald Trampın FED ilə yaşadığı fikir ayrılığından və hökumətin bağlanmasından narahat olduqları bildirilir.
ABŞ-da da birjalarda Milad öncəsi aşağı göstəricilər qeydə alınıb.
Bu gün Asiya, Avropa və Şimali Amerikada əksər maliyyə bazarları Milad bayramı ilə əlaqədar bağlıdır.
Tarix: 26-12-2018, 07:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}