Qazdan büdcəyə fayda OLACAQ?


Qazdan büdcəyə fayda OLACAQ?

Azərbaycan daim neft ölkəsi kimi tanınıb. Bununla yanaşı cəmiyyətdə bəzən Cənub Qaz Dəhlizi layihəsi ilə təbii qaz hasil edən ölkəyə çevriləcəyi barədə yanlış təəssüratlar da müşahidə edilir. Gözlənilir ki, bu layihə yaxın gələcəkdə Azərbaycan qazının dünya bazarına çıxış imkanları artdıqda ölkənin neft gəlirlərinin azalmasını kompensasiya edəcək mənbəyə çevriləcək. Ekspertlər isə hesab edir ki, bu layihənin işə düşməsi Azərbaycanın uğuru kimi qiymətləndirilsə də, ondan gələn gəlirlər neft gəlirlərini kompensasiya etməyəcək. 

TAP qaz kəməri layihəsində Azərbaycan 20 faiz paya malikdir. TAP və TANAP layihələri Azərbaycanın dünya bazarına təxminən 10 milyard kubmetr qaz ixrac etməsinə imkan verəcəyi nəzərdə tutulub.

Nəzərə almaq lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına görə, Azərbaycan beynəlxalq maliyyə institutlarından kifayət qədər borc götürüb. 2020-ci ildən sonra layihə gəlirlərinin əksər hissəsi bu borcun ödənilməsinə sərf olunacaq. Həmin borcların növbəti dövrlərdə geri qaytarılması prosesində ölkəyə daxil olan qaz gəlirlərinin əhəmiyyətli hissəsi borcların ödənişinə yönəldiləcək. Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazını Gürcüstan, Türkiyə Yunanıstan, Bolqarıstan, Albaniya ərazilərindən və Adriatik dənizin dibindən keçməklə İtaliyaya çatdırmağı nəzərdə tutur.

Maraqlıdır, neft hasilatının azaldığı bir dövrdə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə neft gəlirlərini kompensasiya edə biləcəkmi?

“Gələn il neft qiymətlərinin 40-45 dollar olması ehtimalı çox böyükdür...”

İqtisad elmlər doktoru, professor Fikrət Yusifov “Cümhuriyət” qəzetinə bildirib ki, gələn ildən “Cənub Qaz Dəhlizi” vasitəsilə Türkiyədən Avropaya ixrac olunacaq qaz Azərbaycana əlavə gəlirlər gətirilməsi istiqamətində xüsusi rol oynayacaq: 

“Neft-qaz sektorundan Azərbaycanın valyuta gəlirlərinin formalaşmasında “Cənub Qaz Dəhlizi” vasitəsilə satılacaq qazın əhəmiyyəti xüsusi olacaq. Ancaq real olaraq neftin satışından daxil olan gəlirlər azalıb. Cari ilin oktyabr ayı ilə müqayisədə dünya bazarlarında neftin qiyməti 86.4 dollardan 50.7 dollara qədər enib. Bu, qısa bir zaman kəsiyində çox böyük bir qiymət enişidir. Neftin qiymətləri oktyabrda sürətlə artmağa başlayanda bunun sürətlə enəcəyini də demişdik. Təbii ki, bu proses baş verir. Dərin araşdırmalar, dəqiq təhlillər və mövcud durumun real qiymətləndirilməsi onu deməyə əsas verir ki, gələn il neftin qiymətləri ortalama 40-45 dollar olması ehtimalı çox böyükdür. Bu da təbii ki, iqtisadiyyatı neftlə bağlı olan ölkələr üçün bir o qədər də arzuolunan deyil”. Ekspert yeni il qabağı neft bazarlarının hələlik öz fəaliyyətini dayandırdığını da deyib: “Hazırda qiymətlərin kəskin azalması trendi qeydə alınır. Yeni ilə qədər və sonra bazarda nəyin baş verəcəyini indidən demək çətindir. Hər halda neft qiymətləri bir qədər də aşağı düşəcək. ABŞ prezidenti Donald Tramp neftin qiymətlərinin artmasının əleyhinədir. O, bu yöndə mümkün olan nə varsa, hamısını edir. Tramp hələ ki, neft hasil edən ölkələri üstələyir. O, buna öz ölkəsində həm neftin hasilatını, həm də dolların uçot dərəcəsini artırmaq yolu ilə nail ola bilir”.

Ucuzlaşan neft qiymətlərinin idxalçı ölkələrə qazandırdığı vəsaitlərə gəlincə, analitik qeyd edib ki, iqtisadiyyatda balanslaşdırılmış mövqe var: 

“Beynəlxalq maliyyə mərkəzləri, eyni zamanda iqtisadi təhlil mərkəzləri, o cümlədən analitiklərin verdiyi rəy bundan ibarətdir ki, dünya iqtisadiyyatının hazırkı durumunda neftin qiymətlərinin 65-70 dollar arasında olması məqbuldur. Bu, həm alıcılar, həm də satıcılar üçün uyğun bir rəqəmdir. Neftin qiymətinin 40 dollara düşməsi kiməsə qazanc gətirə bilər, ancaq bütövlükdə dünya iqtisadiyyatı üçün müsbət hal kimi qeyd olunmur”.//Cebhe.info//


Tarix: 27-12-2018, 07:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}