“Azərbaycan ÜDM-in artım tempinə görə MDB-də sonuncudur“ - Qubad İbadoğlu


bitmap-img6




“Hər gün ekranlarda rəsmi prizmadan Azərbaycanın anoloqsuz inkişafından danışılır. Əfsuslar olsun ki, son 3 ildə MDB dövlətləri arasında autsayderlər sırasında olan ölkəmiz bu mövqeyini cari ildə də qoruyub saxlayıb. Bunu MDB Statistika Komitəsinin son açıqlamaları təsdiq edir”.

AzFakt.com xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu bildirib.





Ekspert paylaşdığı cədvələ istinad edərək, Azərbaycanda iqtisadi artım tempinin təmsil olunduğumuz post-sovet məkanı üzrə ən aşağı səviyyədə olduğunu göstərib: 

“Əslində, 2018-ci il üçün ÜDM-in artımı ilə bağlı Azərbaycan hökumətinin və beynəxlalq təşkilatların hesabatlarında bu il üçün 1,8-2 faizlik artım proqnozlaşdırılmışdı. Lakin, gözləntilər yenə də özünü doğrultmadı. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında ölkədə ÜDM 0,8 faiz artıb, o cümlədən qeyri-neft ÜDM-i 1 faiz artıb. Halbuki, ötən ilin eyni dövründə qeyri-neft ÜDM-i artım tempində 2,1 faiz qeydə alınmışdı. Əhalinin hər nəfərinə düşən ÜDM gəlincə, o bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə manatla 0,1 faiz azalıb. Bu isə o deməkdir, cari ilin ilk 10 ayında adambaşına iqtisadi artım olmayıb, əksinə 0,1 faizlik eniş qeydə alınıb”.
Tarix: 29-12-2018, 06:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}