Neft bazarı üçün yeni il proqnozu: NƏ GÖZLƏNİLİR?


Neft bazarı üçün yeni il proqnozu: NƏ GÖZLƏNİLİR?

OPEC-in kartelə daxil olan dövlətlərə, böyük neft istehsalçılarına və təşkilata daxil olmayan ölkələrə təsiri getdikcə azalır. 

Cebhe.info xəbər verir ki, bu qənaətlə "Grand Capital" təşkilatının eksperti Sergey Kozlovski çıxış edib.

Onun sözlərinə görə, OPEC indi ancaq neftin bir barelinin 50 dollardan da aşağı düşməsinin qarşısını almağa hədəflənib və ancaq buna nail olur:

"İndiki reallıqda başqa məsələlərə çətin ki, qüvvə çatsın".

Xatırladaq ki, 7 dekabrda OPEC+ sutkada neft hasilatını 1,2 milyon barel azaltmaqla bağlı qərar qəbul edib. Ancaq qərara baxmayaraq, neft bazarında qiymətləri sabit saxlamaq və ya artırmaq mümkün olmayıb. 21 dekabrda neft 2018-ci ilin ən aşağı həddində- 53 dollara satılıb. 24 dekabrda isə neft bazarı əsl təhlükə atladıb - Brend markalı neft 50 dollardan da aşağı satılıb. 26 dekabrdan etibarən qiymət müəyyən qədər bahalaşıb. 

Tarix: 4-01-2019, 14:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}