Neft Fondunun vəsaitlərinin idarə olunmasından nə qədər əldə olunacaq? –PROQNOZ


bitmap-img6




2019-cu ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 848,5 milyon dollar və ya 1 442 495,1 manat olması proqnozlaşdırılır. Bu, manat ifadəsi ilə 2017-ci ilin müvafiq icra göstəricisindən 358,8 milyon manat və ya 33,1 faiz çox, 2018-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən 225,6 milyon manat və ya 18,5 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı “ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də deyilir.

Eyni zamanda, 2019-cu il üçün orta illik gəlirlilik göstəricisi 2,14 faiz səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən (1,96 faiz) 0,18 faiz çoxdur.
Tarix: 6-01-2019, 07:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}