İqtisadçı inflyasiya təhlükəsindən danışdı:“Biz bilmirik ki, hökumət nə vaxt və hansı addımı atacaq”


 “Mərkəzi Bankın bəyanatında qeyd olunub ki, ən böyük inflyasiya yaradacaq amil bir tərəfdən manata olan təzyiqlərdir, ikinci isə böyük dövlət xərcləmələri. Əsasən Dövlət Neft Fondundan olan böyük transferlər bu prosesdə həlledici rol oynaya bilər”.

Strateq.az bildirir ki, bu sözləri iqtisadçı-ekspert Azər Mehdiyev ölkədə inflyasiya gözləntisi ilə bağlı səslənən fikirləri “Amerikanın Səsi”nə şərh edərkən bildirib.

Azər Mehtiyevin qənaətincə, hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin dünya bazarındakı qiyməti bu il də təkrarlansın. “Ən azı qiymətin 50 dollardan aşağı düşməməsi hökumətə sərf etməklə bərabər inflyasiyanın qarşısını almaq üçün əhəmiyyətli bir hədd ola bilər”, iqtisadçı deyir. O əlavə edir ki, neftin qiymətinin 50 dollardan aşağı düşməsi manatın məzənnəsində əhəmiyyətli rol oynaya bilər.

Azər Mehtiyevin sözlərinə görə, manatın məzənnəsində hər hansı dəyişiklik idxal olunan malların qiymətinin artması ilə nəticələnəcək. Ancaq bununla belə iqtisadçı tam əmin danışa bilmir və bunu da hökumətin hansı addım atacağından asılı olacağı ilə izah edir: “Bütün bunlar neftin qiymətindən asılı olaraq baş verəcək. Ölkə daxilində isə inflyasiya yaradacaq amillər hökumətin tənzimlədiyi kommunal qiymətlərlə mümkündür. Ancaq biz bilmirik ki, hökumət nə vaxt və hansı addımı atacaq. O baxımdan bu sahədə qiymət artımının olub-olmayacağını proqnozlaşdırmaq xeyli çətindir. İndiki halda belə bir zərurətin olması görünmür, əgər bu sahədə qiymətlər belə qalacaqsa, təbii ki, inflyasiyanı aşağı səviyyədə saxlamaq mümkün olacaq”.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Buna səbəb o zaman neftin kəskin ucuzlaşması olub. Hökumət növbəti illərdə manatın məzənnəsinin sabit qalmasına çalışıb.

Tarix: 7-01-2019, 14:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}