2019 “yoxsulluq ili” olacaq: Yeni il girər-girməz vətəndaşı “bahalaşma dalğası” vurdu




2019 “yoxsulluq ili” olacaq: Yeni il girər-girməz vətəndaşı “bahalaşma dalğası” vurduGözlənilənlər baş verməkdə, ötən ilin sonundan anonsu verilən bahalaşma reallaşmaqdadır. Vətəndaşlar açılan hər yeni gün hansısa məhsul və ya xidmətin bahalaşması xəbərinə vərdiş etməkdədir. Bahalaşma dalğasının bundan sonra da davam edəcəyi haqda proqnozlar isə Azərbaycan vətəndaşının daha ağır günlər yaşayacağını düşünmək üçün əsaslar yaradır.

Savash.org olaraq bir neçə gününü yaşadığımız 2019-cu ildə hansı məhsulların bahalaşması haqda kiçik araşdırma aparıb. Nələr niyə bahalaşdı, bahalaşma bundan sonra da davam edəcəksə ilkin olaraq hansı sahələr risq altındadır? Bu və digər suaların cavabını tapmağa çalışdıq. Beləliklə...

2019 “yoxsulluq ili” olacaq: Yeni il girər-girməz vətəndaşı “bahalaşma dalğası” vurduYeni ilin ən çox danışılan bahalaşması unun qiymətindəki artımdır. Belə ki, son aylarda 50 kiloqramlıq kisələrin qiymətində unun növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb. Ötən ay isə 1 manat bahalaşma olub. İstehlakçılar isə bu səbəbdən çörəyin qiymətini artırmağa cürət etməsələr də çıxış yolunu çörəyin çəkisini azaltmaqda görüblər. Əvvəl 500 qramlıq çörəyə 40 qəpik ödəyirdiksə indi eyni qiymətə 300-350 qramlıq çörəklə kifayətlənməli olacağıq ki, bu da əslində bahalaşmadır.

Vergilər Nazirliyinin vergi qanunvericiliyinə etdiyi düzəlişlərin tətbiqinə başlanılması ilə bəzi məhsuların qiymətində artımın olacağı gözlənilən idi və bu qəbildən ilk bahalaşan məhsul energetik içkilər oldu. Aksiz vergisinin tətbiq olunması nəticəsində qiymətlərin 50% qalxacağı gözlənilsə də, 100% qiymət artımı müşahidə olunan məhsullar da var.

Bizon 0.25l: cari qiyməti 80 qəpik, yeni qiyməti 1.50 qəpik;

Bizon 0,5l: cari qiyməti 1,20 qəpik, yeni qiyməti 2,70 qəpik;

Hell 0,25 l: cari qiyməti 1 manat, yeni qiyməti 2 manat;

Yaguar 0,5 l: cari qiyməti 1,20 qəpik, yeni qiyməti 2,70 qəpik;

Yaguar 8% 0,5 l: cari qiyməti 2,30 qəpik, yeni qiyməti 3,10 qəpik;

Go gold və silver 8% 0,5 l: cari qiyməti 2,20 qəpik, yeni qiyməti 3 manat;

Redbull: 1 l üçün 90 qəpiklik artım müşahidə olunacaq.

2019 “yoxsulluq ili” olacaq: Yeni il girər-girməz vətəndaşı “bahalaşma dalğası” vurduMəlumat üçün bildirək ki, ölkədə ən çox istehlak olunan enerji içkilərindən biri "Redbull”un satışı yeni qiymətlərdən sonra əksər mağazalarda dayandırılıb. Mağaza işçilərinin sözlərinə görə, "Redbull”la yanaşı, digər enerki içkilərinin də qiymətində dəyişiklik olduğuna görə hələ ki, satış məhdudlaşdırılıb.

Xatırladaq ki, nazirlik aksizli malların siyahısı və onların vergi dərəcələrini nəzərdə tutan 190-cu maddəyə düzəlişlər təklif etmişdi.

Təklifə əsasən idxal olunan alkoqollu enerji içkilərinin hər litri üçün 2 manat, alkoqolsuz enerji içkiləri üçün 3 manat, hər siqar üçün 1 manat, elektron siqaret üçün qarışığın hər litri üçün 20 manat həcmində aksiz vergisinin tətbiqi nəzərdə tutulur.

2019 “yoxsulluq ili” olacaq: Yeni il girər-girməz vətəndaşı “bahalaşma dalğası” vurduSavash.org xatırladır ki, bahalaşma dalğası özünü siqaret bazarında da göstərib. Araşdırmaya əsasən, siqaretlərin qiyməti 20-30 qəpik aralığında qalxıb. Belə ki, 3 manata olan "Sobranie" 3.30 manat, 2.70 -ə olan "Kent-4" 3, 2.20-yə olan LD isə yanvarın 1-dən 2.50 manata satılır. Digər siqaretlərin qiymətində isə 20 qəpik bahalaşma olub.
Satıcılar bahalaşmaını yeni ildən Vergi Məcəlləsinə edilən dəyişikliklə əlaqılındiriblər.

2019 “yoxsulluq ili” olacaq: Yeni il girər-girməz vətəndaşı “bahalaşma dalğası” vurduAvtomobil bazarında da əhəmiyyətli bahalaşma müşahidə olunur. İlkin müşahidələrə görə, ötən ilə müqayisədə 2019-cu ilin ilk günlərində qiymətlər avtomobilin marakasına uyğun olaraq 15-20 faiz civarında artıb.
Bahalaşma özünü xidmət sahələrində də göstərib. Belə ki, Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilmiş parkinqlərdə bu ildən qiymətlər iki dəfə artırılıb.
Məsələn, Bakıda Qış Parkında yerləşən parkinqdə bir avtomobil üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manat deyil, 80 manatdır.
Sürücülər artıq sosial şəbəkələrdə etiraz etməyə başlayıblar. Müxtəlif qruplarda bu barədə yazan sürücülər, BNA-nın bu qərarını heç nə ilə izah etmədiyini bildirirlər.
Görünən isə odur ki, bahalaşma dalğası bundan sonra da davam edəcək və tədricən total qiymət artımına şahidlik edəcəyik ki, bu da iqtisadi durumu onsuz da yaxşı olmayan əlinin daha da yoxsullaşmasına gətirib çıxaracaq.
Orxan
Savash.org
Tarix: 8-01-2019, 21:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}