"Dollar 1.97 manata qalxacaq" - “Mərkəzi Bank operativ tənzimləməyə başlayacaq”


"Dollar 1.97 manata qalxacaq" - “Mərkəzi Bank operativ tənzimləməyə başlayacaq”



Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ilin aprel ayından etibarən 1 ABŞ dollarının məzənnəsini 1.70 manat səviyyəsində sabitləyib.Hurriyyet.org “Marja”ya istinadən xəbər verir ki, bu “Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyinin açıqlamsında bildirilir.

S&P, Azərbaycanın reytinqinə yenidən baxaraq ölkəmizə dair proqnozlar da verib. Yenilənmiş proqnoza görə, 2019-cu ilin sonunda dollar/manat məzənnəsi 1.79 manat səviyyəsinə, 2020-ci ilin sonunda 1.87 manata, 2021-ci ilin sonunda isə 1.97 manata qalxacaqdır.

“Standard & Poors” qeyd edib ki, əgər neftin qiyməti daha düşərsə manat ucuzlaşdırılacaqdır.

Agentliyin fikrincə Azərbaycan Mərkəzi Bankı bu ilin dekabr ayından məzənnəni operativ tənzimləməyə başlayacaqdır.

  
Tarix: 28-01-2019, 11:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}