İqtisadçı pensiyaların artım məbləğini açıqladı

             İqtisadçı ekspert Qubad İbadoğlu pensiyaların artırılması ilə bağlı prezident İlham Əliyevin verdiyi sərəncamı şərh edib. Az24saat.org xəbər verir ki, o, bu barədə facebookda paylaşım edib:
Prezident pensiyaları hər 100 manata 2 manat 90 qəpik, hər 50 manata isə 1 manat 45 qəpik artırdı. Bu ilə qədər 150 manat pensiya alan bundan sonra 154 manat 35 qəpik, 200 manat pensiya alan 205 manat 80 qəpik alacaq. Bərəkətli olsun!
Qeyd edək ki, Prezident İlham Əliyev pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Ancaq sərəncamda pensiyaların hansı faiz nisbətində artması barədə məlumat qeyd edilməyib. Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır:
– 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;
-fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
Prezidendt sərəncamında Nazirlər Kabinetinə də irəli gələn məsələləri həll etmək tapşırlıb.
Tarix: 7-02-2019, 23:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}