“Hasilatın azaldılması Rusiyanın strateji maraqlarına zərbədir” – RƏY


“Hasilatın azaldılması Rusiyanın strateji maraqlarına zərbədir” – RƏY

“Rusiya mediası "Rosneft"in rəhbəri Seçinin ölkə prezidenti Putinə hələ 2 ay əvvəl yazdığı məktubun detallarını öyrənib. Seçin şikayət edir ki, OPEC-lə neft hasilatının azaldılmasına dair saziş Rusiyanın strateji maraqlarına zərbədir”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, əgər 1990-cı ildə Rusiya qlobal neft bazarında 16.3% paya malik idisə, hazırda bu göstərici 12%-ə enib:

“Əvəzində ABŞ çox sürətlə hasilatını genişləndirir, bazar payını artırır. Seçinin dediklərindən aydın olur ki, ABŞ neft sektorunun vergi yükünü 30%-ə endirdiyi halda, Rusiyada bu 80%-dir. Vergi yükünün belə az olması ABŞ hasilatçılarını investisiyaları daha çox artırmağa həvəsləndirir.

"Rosneft"in rəhbərinin daha 2 narahatlığı var: 

1. Rusiya neft şirkətlərinin bazar payının bərpası mümkünsüz hala gəlir.

2. 2019-cu ilin sonlarında ABŞ-ın şist hasilat mərkəzlərindən Meksika körfəzindəki limanlara birbaşa boru kəmərlərinin istismara verilməsi bu ölkədə hasilatın və ixracın yenidən ciddi artımına dəstək verəcək.

Görünür, Seçinin narahat olduğu məsələ tarixə "OPEC+ Rusiya paradoksu" adı ilə düşəcək: cütlük hasilatı azaltmır qiymət ucuzlaşır, hasilatı azaldır bazarları rəqiblərinə təhvil verirlər”.


Tarix: 11-02-2019, 15:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}