“1 həftə öncə 16.5 manata olan “paraşok” artıq 18.5 manatdır, nə baş verir?” – Ekspert hökumətə səsləndi

 “İnsanlarda inflyasiya gözləntisi var – maaş, pensiya və təqaüd artımından dolayı dövriyyəyə daxil olacaq izafi pul kütləsinin təsiri kimi”. Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, əmtəə bazarlarında sağlam rəqabətin olduğu, mal təklifi kanallarının tam açıq olduğu, monopoliya təsirlərin olmadığı, gömrükdə qiymətyüksəldici addımların baş vermədiyi şəraitdə pul kütləsinin 3-5%-lik artımı ciddi inflyasiya təzyiqi yaratmamalıdır:
“Amma belə görünür ki, yuxarıda sadaladığım neqativ faktorların hamısı birlikdə, ya da ayrı-ayrılıqda Azərbaycan iqtisadiyyatında mövcuddur. Əks halda monetazisasiyanın son dərəcə aşağı olduğu iqtisadiyatın inflyasiyaya həssaslığı da çox aşağı olardı. Ancaq nə baş verir? Maaş-pensiya artımı nəticəsində pul kütləsinin fiziki artımı hələ baş verməyib, amma sanki küləyi öz işini görür”.
İqtisadçı bildirib ki, cəmi 1 həftə öncə 16.5 manata olan 5 kq-lıq yuyucu toz artıq vitrinlərdə 18.5 manat, 0.89 manatlıq sabunlar 0.92 manata peyda olub: “Diqqətimi çəkənlər bunlar oldu – yəqin başqa artımlar da var. Əgər qiymətlər artacaqsa, hökumət büdcədən maaş-pensiya-təqaüd artımına yönəltidiyi vəsaitləri əhalidən dolayı vergilər formasında geri alacaqsa, əhalinin real gəlirləri və sosial müdafiəsi klassik əməkhaqqı-qiymət spiralının təkərləri altında qalacaq”.
Tarix: 18-02-2019, 00:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}