“Büdcədən xərcləmələr çoxalıb”- EKSPERT


“Büdcədən xərcləmələr çoxalıb”- EKSPERT

2019-cu ilin yanvar ayı ilə bağlı gömrük statistikası açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 milyard 302 milyon 364 min ABŞ dolları təşkil edib. İdxal əməliyyatları üzrə 1 milyard 22 milyon 719 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 1 milyard 279 milyon 645 min ABŞ dolları ticarət reallaşıb.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli az da olsa, ticarətdə müsbət saldonun olduğunu deyib.

“Amma 2018-ci ilin yanvar ayına nisbətən müsbət saldo 26,6 faiz, təqribən 100 milyon dollar azalıb. Səbəb neftdir, qiymətlər bir az aşağı düşən kimi ölkənin bütün makroiqtisadi göstəriciləri baş-ayaq olur. Neft 50 dollara düşsə, ciddi mənfi saldo yaranacaq, idxal ixracı xeyli qabaqlayacaq. Azərbaycanın dünyaya ixrac etdiyi məhsulun 80 faizi xam neft təşkil edir. Təbii qaz 8 faiz, neft məhsulları və elektrik enerjisi 2,5 faiz olub, cəmi 90,5 faiz. Təxminən 1 faizə yaxın qara metal və alüminium (bu resurs sayılır), təxminən 1 faizə yaxın da qızıl ixracı, cəmi resurs ixracatı 92,5 faiz təşkil edib.

Pambıq lifi 12 milyon dollar, pambıq ipliyi 850 min dollar təşkil edib, bu da ixracatın 0,93 faizini edir. Onu da deyim ki, pomidorda ixrac 10,4 milyon dollar olub. 2018-ci ildə idxal cəmi 688 milyon dollar olub. Amma indi idxal 1 milyard dolları keçib. Qənaətimcə, bunun iki səbəb var. Birinci, indi gömrük ödənişlərinin rəsmiləşməsi artıb. İkinci, büdcədən xərcləmələr çoxalıb. Bu qədər idxalın 40 faizini, 411 milyon dollarını bir sətirdə “Digər mallar” yazıb hesabata salıblar”.

Tarix: 18-02-2019, 14:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}