ÐаÑÑинки по запÑоÑÑ Natiq CÉfÉrli“Siqaretin, tütün məmulatlarının qiyməti qalxıb. Bu, sosial məsələ deyil, etiraz ediləcək addım da deyil. Sosial məsələ olmadığından dünyanın əksər ölkələri tütün və alkaqollu içkilərə böyük vergi və rüsumlar tədbiq edirlər və bu da cəmiyyət tərəfindən normal qarşılanır”.

Minval.info xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli tütün məmulatlarının qiymət artımına fikirlərini bildirirərkən deyib.

O, Azərbaycan kontekstində sözügedən məsələyə baxarkən 2 nüansa diqqət etməyin zəruriliyindən söhbət açıb:

“Birincisi, qonşu ölkələrdə olan qiymətlər nəzərə alınmalıdır. Azərbaycanda siqaterin qiyməti çox qalxsa, qonşu ölkədən çox baha olsa qaçaq yolla gətirilən siqaterlərin həcmi, sayı da artacaq. Bu isə büdcəyə dolayısıyla ziyan vuracaq, dünyada pulun və ideyanın qarşısını tam kəsmək mümkün deyil, heç bir nəzarət qaçaqmalçılığın qarşısını tam ala bilməyəcək. İkincisi, bir çox ölkələrdə tütün məmulatlarının qiymətini artırarkən, vergi və rüsumlarını yüksəldərkən əlavə yığılan vəsaitin konkret ünvana xərclənməsi öncədən elan edilir. Məsələn, siqaretin qiyməti 30 qəpik artır, hər qutu siqaretdən əlavə gələn 30 qəpiyin 10 qəpiyi uşaq idman klublarına, 10 qəpiyi aztəminatlı ailələrə ödənişlərə, 10 qəpiyi isə müəyyən qrup xəstə insanların pulsuz müalicəsinə sərf edilməlidir”.

Ekspertin sözlərinə görə, bu cür yanaşma tütün məmulatlarında qiymət artımı ümumiyyətlə heç bir etiraz və neqativ reaksiya doğurmaz.

Qeyd edək ki, dünəndən siqaret satışının qiymətində 20, 30 qəpik bahalaşma müşahidə olunur.