Böhrandan necə çıxmaq olar? - TƏKLİF

 "Sizin 20.02.2019-cu il tarixli "Azərqaz" bu fırıldağını tək mənə qarşı etməyib....." GİLEY mövzusu ilə bağlı və əvvəllər də ödənişlərlə əlaqədar olan müraciətlərlə bağlı öz fikrimi bildirmək istərdim". Bunu DİA.AZ-a oxucumuz Telman Ağayev yazır və öz təkliflərini irəli sürür:

"Məlum məsələdir ki, ikili tarif (10 qəp. və 20 qəp) hər zaman istesalçı ilə istehlakçı arasında mübahisələrə və narazılıqlara səbəb olur. Bu məsələnin həlli üçün yenidən bir tarifə keçilməsi bu mübahisələrə son qoyula bilər. Belə ki, "Azərqaz"in və "Azərişıq"ın verdikləri məlumatlara görə (müxtəlif saytlarda) yeni tariflərə keçid yüksək tariflərlə ödənişlər 30-35 faiz təşkil etmişdir.Təklif olunur ki,müvafiq olaraq tariflər: 1 kubmetr qaza 13-14 qərik, 1 kilovat elektrik enerjisindən istifadəyə görə 9 qəpik qəbul edilsin. Qeyd edilməlidir ki,hər iki müəssisədə istehsal olunan məhsulların maya dəyəri təklif olunan xidmətlərin tarif qiymətlərindən çox aşağı olacaqdır. Bu da mübahisələrə son qoyacaqdır".
Tarix: 20-02-2019, 10:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}