Problemli kreditlərlə bağlı hökumətdən gözlənilən qərara xalq nə deyir? - VİDEOSORĞU


Son illər ölkə iqtisadiyyatının ən böyük problemlərindən biri də vaxtı keçmiş kreditlərdir. Manatın 2015-ci ildə iki dəfə ardıcıl devalvasiyaya uğramasından sonra xüsusən dollarla olan kreditlərin ödənilməsinə böyük problem yarandı. Artıq  4 ildir ki, bu problem həllini gözləyir. Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə olan məlumata görə, 1 milyard 585 milyon manatdır. Ölkə rəhbərliyinin sosial-iqtisadi problemlərin həlli ilə bağlı atdığı son addımlardan sonra vaxtı keçmiş kreditlər məsələsi də gündəmə gətirilib. Deputat Vahid Əhmədovun ölkə prezidentinə bu problemin həllinə dəstək verməsi ilə bağlı müraciət edib, eyni zamanda bir sıra ekspertlər məsələnin həllinə dair təkliflərlə çıxış ediblər.

Güman edilir ki, dövlətin problemin həllinə dəstəyi iki mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə ödənməmiş hissəsi 1500 dollara qədər olan bütün kreditlər banklar tərəfindən güzəşt kimi ləğv ediləcək. Bu zaman yaranan maliyyə yükünü banklar çəkəcək. 1500 dollardan 5000 dollara qədər olan kreditlərin isə mühüm bir hissəsinin dövlət tərəfindən qarşılanacağı, qalan cüzi hissəsinin ödənişi üçün vətəndaşlara daha uzun və faizsiz müddət müəyyənləşdiriləcəyi gözlənilir.

Bəs görəsən , vətəndaşların bu məsələdə hökumətdən gözləntiləri nələrdir7 İnsanların banklara nə qədər borcu var? Vaxtı keçmiş kreditlərlə bağlı hökumətin güzəştə getməsi fikrini necə qarşılayırlar?

Musavat.com olaraq bu mövzuda ictimai rəyi öyrənmək üçün paytaxt sakinləri arasında sorğu keçirdik. Respondentlərin bir-birindən fərqli və maraqlı cavablarını təqdim etdiyimiz videosujetdən izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA
Elçin ƏKBƏR
Musavat.com


Tarix: 24-02-2019, 21:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}