Hökumətdən növbəti saxta rəqəm


İqtisadçı Qaşqay İsmayıl
Büdcənin icrasında 2 milyard manatliq profisit yarandığı halda, iqtisadi tənəzzülün getdikcə daha kəskin şəkil alması arasındakı “ziddiyyət” bir çoxları üçün təəccüblü görünür. Amma burada ziddiyyətdən daha çox qanunauyğunluq mövcuddur.
Məsələ burasındadır ki, büdcənin profisitlə icrası heç də iqtisadiyyatda işlərin yaxşı getməsi mənasını vermir
Dünyanın iqtisadi hegemonu olan ABŞ büdcəni icra etmək üçün trilyonlarla borc yığıb və bu fakt Amerika iqtisadiyyatı üçün ölüm hökmü sayılmır. Sadəcə olaraq, müasir iqtisadiyyatın mahiyyəti bundan ibarətdir.
“Profisit xəstəliyindən” xeyli müddətdən bəri iqtisadi tənəzzüldən əziyət çəkən Rusiya da qurtula bilmir. Büdcənin icrası zamanı qənaət edilən vəsaitin ölkə iqtisadiyyatına yatırılması əvəzinə, yığılıb saxlanılması, rusiyalı iqtisadçıların tənqid hədəfidir
Ümumiyyətlə, əvvəllər də qeyd etdiyimiz kimi, inkişaf etmiş sənaye dövlətləri, məsələn, Almaniya iri valyuta ehtiyatları yığmağa və ya büdcənin profisitlə icrasına maraq göstərmirlər. Çünki bu faktorlar geridə qalmış renta iqtisadiyyatlarına, monoekonomikalara xasdır, inkişaf etmiş dövlətləri isə iqtisadiyyatın artımından başqa digər göstəricilər maraqlandırmır
Azərbaycanda isə büdcənin profisitlə icrası iqtisadi inkişafdan daha çox, banal mühasibat aktıdır. Yeri gəlmişkən, burada vacib bir məqam da var: ölkənin indiki vəziyyətində büdcəni profisitlə icra etmək ağlabatan görünmür. Böyük ehtimalla, sərt qənaət hesabına xərclər planlaşdırılandan daha az olduğundan, kağız üzərində profisit yaradılıb ki, bu da ənənəvi saxta statistikanın məhsuludur. Eyni zamanda, 2 milyard manatlıq profisitin həqiqətən yaranması faktı, hökumətin uğurundan daha çox iqtisadiyyatın qeyri-funskionallığının əlamətidir.
Tarix: 24-07-2021, 09:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}