Niyə maliyyə ehtiyatları iqtisadi inkişafa yönəldilmir?


İqtisadçı Qaşqay İsmayıl
Rusiya prezidentinin sərəncamı ilə Milli Rifah Fondu (ФНБ) öz hesabında toplanmış vəsaitlərindən istifadə etməyə başlayır. Bu pullar hesabına nəhəng infrastruktur layihələri, xüsusilə də regionlarla bağlı proyektlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu vəsait iqtisadi tənəzzülü müəyyən qədər də olsa dayandırmalı, yüz minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxarmalıdır
Göründüyü kimi, indiyə qədər ehtiyatlarında milyardlarla dollar saxlamağa üstünlük verən Rusiya da artıq həmin pulları iqtisadiyyata yatırtmağa üstünlük verir. Bəs Azərbaycan Dövlət Neft Fondu hesabında saxladığı vəsaiti iqtisadiyyata yönəltmək, ölkədə baş alıb gedən işsizlik və yoxsulluq dalğası ilə mübarizə aparmağı niyə planlaşdırmır? Bu sualın dəqiq cavabı yalnız siyasi hakimiyyətə məlumdur. Amma Neft Fonduyla bağlı çox ciddi sualların olduğu şübhəsizdir. Bu suallar və Neft Fondunun həqiqi imkanları, orada toplanan vəsaitin niyə ölkə iqtisadiyyatına yönəldilmədiyi, görünür uzun müddətdən sonra açıqlanacaq
Amma istənilən halda ehtiyat kimi yığılmış dollar kütləsindən tədricən xilas olmaq vaxtıdır. Düzdür, dünya ölkələrinin rezerv valyutaları arasında hələ də ABŞ dolları favorit olaraq qalır, amma artıq Federal Ehtiyatlar Sistemi 5 faizdən çox inflyasiyanın baş verdiyini gizlətmək istəmir. Bu da bir çox ölkələrin dollarda saxlanılan ehtiyatlarının tədricən öz dəyərini itirməsi deməkdir. Görünür, Rusiyanın öz ehtiyatlarını xərcləməsində bu amil də mühüm rol oynayıb
Azərbaycan isə, həmişəki kimi, dünya iqtisadiyyatında baş verən həlledici dəyişikliklər qarşısında da özünü heç nə olmamış kimi aparmaqda davam edir. Bu laqeydliyin fəsadları isə kütləvi işsizlik, borc və səfalət burulğanına düşmüş əhalinin vəziyyətində özünü göstərir.
Tarix: 31-07-2021, 21:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}