Ölkədə duru yağların qiyməti aybaay bahalaşır


Azərbaycanda 2021-ci ilin iyun ayında bir duru yağların qiymətində mühüm artımlar müşahidə edilir.
“Kommersant.az” xəbər verir ki, ölkədə rəsmi olaraq orta ölçüdə götürlən günəbaxan yağının hər litri yerli istehsalda 3.98 manat olub. Bu isə son bir ayda 4.3%, son bir ildə isə 45.4% bahalaşma deməkdir. İdxal olunan günəbaxan yağının hər litri son bir ayda 3.1%, son bir ildə isə 39.6% bahalaşma ilə 4.28 manat olmuşdur. Bunu Dövlət Statistika Komitəsi bildirir.
Son illərdə əhalinin istehlak səbətində payı artmış qarğıdalı yağının qiyməti də bahalaşmaqdadır. Yerli istehsal olan qarğıdalı yağının hər litri aylıq müqayisədə 2%, illik müqayisədə isə 35.5% bahalaşma ilə 5.34 manata yüksəlmişdir. 2021-ci ildə yerli istehsal olan qarğıdalı yağının aylar üzrə artım dinamikası bəzi hallarda 10%-ə yüksəlib. İdxal olunan qarğıdalı yağının hər litrik orta ölçüdə 5.73 manat olmuş, bu da aylıq müqayisədə 2.5%, ilik müqayisədə isə 22% bahalaşmışdır.
Duru yağların sırasında olan zeytun yağının qiymətində isə kəskin bahalaşma müşahidə edilmir. Məsələn, yerli istehsal olan zeytun yağının bazar qiyməti orta ölçüdə 11.4 manat olmuş, bu, aylıq 0.2%, illik isə 2.4% artımdır. Xaricdən gətirlən zeytun yağının hər litri isə 15.28 manat olmuş, bu, aylıq 0.5%, illik isə 2.2% bahalaşma deməkdir.
Tarix: 1-08-2021, 14:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}