AĞXALATLILARIN QARA MÜHASİBATLIĞI... - Yenə də saxta tender hoqqabazlığı...
2 nömrəli Bakı Baza Tibb Kollecinin 2021-ci ilin avqust ayının 30-da bir sıra satınalmaya yekun vurub.
Bu satınalmaların ümumi məbləği 38.725 (otuz səkkiz min yeddi yüz iyirmi beş) manat təşkil edib.
Kollecin "Abadlaşdırma xidmətlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 14.624 manat, qalibi "Ricard-222" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Qeyri yaşayış binalarının əsaslı təmiri" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 9.711 manat, qalibi "Qlobus Az 21 Kompany" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Maşın və avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 14.390 manat, qalibi isə "Podium As" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
2 nömrəli Bakı Baza Tibb Kollecinin 2021-ci ilin avqust ayının 30-da yekun vurduğu satınalmalarda qalib elan edilən hər üç MMC olduqca ciddi şübhələr yaradır.
Şirvan sakini Kolleci abadlaşıdıracaq
"Abadlaşdırma xidmətlərinin satınalınması" lotu üzrə satınalmanın qalibi elan edilən "Ricard-222" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin aprel ayının 1-də yaradılıb. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi ev 16A, m. 25 ünvanıdır. On manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Cəfərov Hikmət Həsənağa oğludur.
Cəfərov Hikmət Şirvan şəhər sakinidir.
"Ricard-222" MMC-nin işçi qüvvəsi, maddi-texniki bazası, faktiki ünvanı, fəaliyyət profili, sahib olduğu lisenziya və sertifikatlar barədə məlumatlar yoxdur.
Daha bir Şirvan sakini Kolleci əsaslı təmir edəcək
"Qeyri yaşayış binalarının əsaslı təmiri" lotu üzrə satınalmanın qalibi elan edilən "Qlobus Az 21 Kompany" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin iyun ayının 25-də yaradılıb. Şirkətin hüquqi ünvanı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ev 82 ünvanıdır. İki manat nizamnamə kapitalı olan "Qlobus Az 21 Kompany"-nin qanuni təmsilçisi Əzizova Günel Xankişi qızıdır.
Əzizova Günel Xankişi qızı Şirvan şəhər sakinidir.
"Qlobus Az 21 Kompany" MMC-nin də işçi qüvvəsi, maddi-texniki bazası, faktiki ünvanı, fəaliyyət profili, sahib olduğu lisenziya və sertifikatlar barədə məlumatlar yoxdur.
Hacıqabullu xanım Kollecə maşın və avadanlıq alacaq
"Maşın və avadanlıqların satınalınması" lotu üzrə satınalmanın qalibi elan edilən "Podium As" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ilin dekabr ayının 14-də təsis edilib. "Podium As" MMC-nin hüquqi ünvanı Xəzər rayonu, Zirə qəsəbəsi Bünyad Sərdarov ev 2 ünvanıdır. On manat nizamnamə kapitalı olan "Podium As" MMC-nin qanuni təmsilçisi Şotiyeva Aygün Ağaqulu qızıdır.
Şotiyeva Aygün Hacıqabul rayon sakinidir.
"Podium As" MMC-nin işçi qüvvəsi, maddi-texniki bazası, faktiki ünvanı, fəaliyyət profili, sahib olduğu lisenziya və sertifikatlar barədə məlumatlar yoxdur.
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
Təhsil müəssisəsinin eyni gündə sifarişçi olduğu satınalmalarda qalib elan edilən MMC-lərin fəaliyyət profilləri barədə heç bir məlumatın olmaması və qanuni təmsilçilərinin eyni rayondan olması bir sıra şübhələri ortaya çıxarır.
Qeyd edək ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir. Məktəbin əsasə 1950-ci ildə qoyulub.
Kollec müalicə işi, mamalıq işi, tibbi profilaktika, ortopedik stomatologiya, əczaçılıq, tibb bacısı işi və laboratoriya diaqnostikası ixtisası üzrə təhsil verir.
2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Məmmədəliyeva Dilarə Əli qızıdır.
Qlobal.az
Tarix: 13-09-2021, 10:32
-
Bu gün, 16:33
Yalnız “qadınlardan” ibarət olan “troll fabriki”ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar
-
Bu gün, 14:47
Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!
-
Bu gün, 14:32
“Sipark”ın rəhbəri Seymur İsayevin həbsini tələb edən vətəndaşlar Baş Prokurora ŞİKAYƏT edirlər-VİDEO
-
Bu gün, 14:17
Veysəloğlu şirkəti şəhid qardaşı, hərbi əlil , ehtiyatda olan mayor Mansur Məmmədova niyə "müharibə" elan edib?
-
Bu gün, 13:55
Azərbaycan quru sərhədləri Rusiya vətəndaşlarına açıb
-
Bu gün, 13:50
"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...
-
Bu gün, 13:49
Qağaməli Seyfullayevlə bağlı rəhbərliyə müraciət olundu - O da getsin...
-
Bu gün, 13:35
Paşinyan Makronun Qarabağdan qaçmış “kukla”sını həbs etməyə hazırlaşır!
-
Bu gün, 13:06
“Dövlət və özəl tibb müəssisələrində “Ultravist” yoxa çıxıb” - "Bu necə tibb idarəçiliyidir?"
-
Bu gün, 12:56
Bu klinikanı cərimə gözləyir
-
Bu gün, 12:53
Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına
-
Bu gün, 12:51
Baş redaktor Ədliyyə nazirinə müraciət etdi: "Xaçmaz rayon icra və probasiya şöbəsində baş verən qanunsuz əməllər barədə,..."
-
Bu gün, 11:58
Siyavuş Novruzov: Bəzi partiya sədrləri, blogerlər deyir ki, Rusiyadakı hadisələr kaş Azərbaycanda baş verəydi
-
Bu gün, 11:56
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
-
Bu gün, 11:48
Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...
-
Bu gün, 11:39
Talıbovların Naxçıvanda geridönüşü, yoxsa...
-
Bu gün, 11:12
Protokol: "Oba market" alıcıları aldadıb
-
Bu gün, 11:07
YAP SEÇKİ HAZIRLIĞINA BAŞLADI – Hansı deputatlar hakim partiyanın siyahısında olmayacaq?
-
Bu gün, 10:42
ƏLİYEV VƏ RƏİSİNİN GÖRÜŞÜ NİYƏ BAŞ TUTMADI? – “Tehranın siyasəti Bakıda ciddi suallar yaradır”
-
Bu gün, 10:38
“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...
-
Bu gün, 10:35
Ruslar öz Su-35 qırıcısını vurdu
-
Dünən, 19:24
Kamran Əliyev təqaüdə göndərildi, bəs 73 yaşlı Ramiz Zeynalov? - AÇIQLAMA
-
Dünən, 19:20
Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA
-
Dünən, 19:19
Uşaqlar niyə bu qədər aqressivləşib? - “Günahkar həm də mətbuatdır”
-
Dünən, 19:17
DİN borclu olmadığını bildirsə də, avtomobilini cərimə meydançasından çıxara bilmir – Bakı sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR
-
Dünən, 19:16
“Pilgrim Education” şirkət rəhbərindən Mehriban xanım Əliyevaya MÜRACİƏT
-
Dünən, 19:11
Dövlət qurumu auditor seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
-
Dünən, 19:10
Şahmar Hüseynov SOCAR prezidentinin müşaviri - TƏYİN EDİLİB
-
Dünən, 19:08
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq - Görən desin ki, ticarətlə məşğuluq...
-
Dünən, 19:06
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
{sape_links}{sape_article}