Qara qızıl, yoxsa ağ hökumət?

İlham Hüseyn
“Əsrin müqaviləsi”nin imzalanmasının 27 yaşı qeyd edilir. 4 milyard barel neftin hasil edilməsi ən böyük uğur kimi təqdim olunur.
Həqiqətən də, ötən 27 il ərzində Azərbaycan dünyanın həsəd aparacağı ölkəyə çevrilə bilərdi. Bu qədər neft sərvətiylə dünyanın ən təminatlı xalqı ola bilərdik. Azərbaycan dünya üçün rifah nümunəsi, hüquq nümunəsi, inkişaf nümunəsi ola bilərdi. Amma milyardlar dövlətin güclənməsinə, xalqın xoşbəxtliyinə sərf edilmədi. Bir qrup şəxs milyarderə çevrildi, korrupsiya şaxələndi, hüquqsuzluq idarəçilik forması oldu, dəyərlər aşındı, yaltaqlıq ən üstün göstərici hesab edildi. Bu qədər varlı ölkənin vətəndaşları xarici ölkələrə mühacirət etmək üçün minbir yola əl atdılar.
Bəli, qara qızıl Azərbaycan xalqına ağ günlər gətirmədi. Pulların böyük hissəsi oğurlandı, az bir hissəsini daşa-divara yaxıb, “inkişaf edirik” təbliğatı apardılar. Nəticə budur ki, bütün sahələrdə dünyada sonuncuyuq. Təkcə korrupsiyanın çiçəkləndirilməsində ön sıradayıq.
Bu ölkənin insanları “Əsrin müqaviləsi”ni bayram edə bilmir. Adamlar üçün ən böyük bayram, bir tikə çörəyi əldə edə bilmək, elementar ehtiyacları ödəməkdi.
Bir sözlə, şəffaf, vətəninə bağlı, dövləti müqəddəs bilən hökumətimiz olsaydı, bugün dünyaya işıq saçar, xoşbəxtlik adasına çevrilərdik.
Kaş, qara qızılımız yox, ağ hökumətimiz olaydı. Heyf ki, ağ hökumətimiz olmadı, üzümüzə ağ olan bir dəstənin girovu olduq.
Tarix: 20-09-2021, 22:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}