Azərbaycan İrandan kartof idxalını qismən dayandırır

Azərbaycan İranın bəzi subyektlərindən kartof idxalını dayandırır.
Bu barədə bu gün, sentyabrın 22-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata görə, İranın “Afshin Ghoje Biglo Agha Mohammad Biglo” və “Saleh Ehsas Gojeh Bagloo” adlı təsərrüfat subyektlərinin Azərbaycana ixrac edilən kartof məhsulunda kartof güvəsi (Phthorimaea operculella) aşkarlanıb: “Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana kartof ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib”.
Məsələyə, hələlik, İranın cavabdeh qurumları və sözügedən subyektlərin təmsilçilərindən münasibət öyrənmək mümkün olmayıb.
Son həftələr Azərbaycanda kartofun qiymətlərində təqribən 20 faiz bahalaşma müşahidə edilir. Ekspertlər bu il Azərbaycanda kartofun məhsuldarlığının aşağı olduğunu bildirirlər.
+++
Azərbaycanın ticarət şəbəkələrində son həftələr kartofun bahalaşması ilə bağlı “Turan” agentliyinin sualına Kənd Təsərrüfatı Nazirliyindən cavab veriblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, ölkədə bazar qiymətləri azaddır. “Qiymətlər nazirliyin səlahiyyətində deyil”, – o vurğulayıb.
Azadlıq radiosu
Tarix: 22-09-2021, 22:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}