Pomidor nə üçün kəskin bahalaşıb? - VİDEO



Paytaxt bazarlarında pomidorun qiyməti bahalaşıb. Aidiyyatı qurumlar bu artımın tələb və təkliflə əlaqəli olduğunu bildirir
 
Bakıda pomidorun qiyməti bahalaşıb. Hələ açıq sahələrdən yığımı yekunlaşmayan bu tərəvəzin yerində qiyməti çox ucuz, paytaxtda isə bahadır.
 
Bəli, Bakıda topdansatışda 32 kiloqramlıq yeşiyi 50 manata satılan pomidor rayonlarda eyni çəkidə 20 manata satılır.
 
Ekspertlər isə hesab edir ki,bu artımın əsas səbəbi pamidor ixracının artmasıdır.
 
Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, bazarlardakı qiymətlər tələb və təklifdən asılı olaraq dəyişir. Satıcılar qiymətlərin önümüzdəki günlərdə sabitləşəcəyini deyir.
 

Tarix: 24-09-2021, 08:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}