Dizel 90 qəpik, gedişhaqqı 40 qəpik – Qiymətlər bahalaşır



Dizel 90 qəpik, gedişhaqqı 40 qəpik –
Bu ilin sonu, ən geci gələn ilin yanvarında ölkədə bir sıra vacib xidmətlər və məhsulların qiymətləri bahalaşacaq. JAMAZ.İNFO xəbər verir ki, hökumət artıq bununla bağlı ilkin hazırlıqlara başlayıb.

Həmin hazırlıqlardan biri dizel yanacağının qiymətinin artırılması ilə bağlıdır. Hazırda bir litri 80 qəpik olan dizelin deyilən müddətdə 90 qəpiyə qaldırılacağı gözlənilir.

Qeyd edək ki, paralel olaraq sərnişindaşımada da qiymət artımı baş verəcək. Belə ki, avtobuslarda hazırda 30 qəpik olan gedişhaqları 40 qəpiyə qaldırılacaq. Metroda isə bu qiymət 50 qəpiə qədər qalxa bilər. Lakin metropolitendə gediş haqlarının artırılması məsələsi hələ tam razılaşdırılmayıb.

Bildirək ki, Nazirlər Kabineti artıq bununla bağlı ilkin addımlar atmaqdadır. JAMAZ.İNFO xəbər verir ki, iki gün öncə NK sərnişindaşımada subsidiyaların verilməsi ilə bağlı qərarında dəyişiklik edib. Həmin qərara əsasən sərnişindaşıma ilə məşğul olan avtobuslara satılacaq dizel yanacağının 8.3 faizə qədəri güzəştlə veriləcək. Bu xərclərin qismən kompensasiya etmək məqsədi daşıyır.
Tarix: 5-12-2021, 22:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}