İllik inflyasiya həddi iki rəqəmini keçəcək

İqtisadçı ekspert Toğrul Vəliyev müsahibəsində ölkədə rüsumların qaldırılmasının iqtisadi əsaslarından və inflyasiya ehtimalından danışıb.
Dünya bazarında neftin və qazın qiymətinin artdığı bir vaxtda karbohidrogen hasilatçısı olan Azərbaycanda əhalidən müxtəlif xidmətlərə görə tutulan rüsumların məbləğinin qaldırılmasının iqtisadı əsasları varmı?
Hökümət elan etmişdi ki, bunun iqtisadi əsasları var. Nəyə görə? Çünki uzun müddətdir ki, müvafiq rüsumlar artmayıb. Nəzərə almaq lazımdır ki, bəzi rüsumlar artırılıb. Bəzi rüsumlar sabit olaraq saxlanılıb. Sadəcə sistem bir qədər dəyişdirilib. Amma o deyir ki, bu illər ərzində inflyasiya səviyyəsinə uyğun artıb. Bunun belə olub-olmamasını demək çətindir. Çünki, rüsumlar əslinə qalsa, inflyasiyadan aslı deyil. Mənim fikrimcə, bu dəqiqə, bu şəraitdə qiymət artımı əsassız idi.
Bir çox tənqidçi ekspertlər hökumətin sosial tədbirlərinin qiymət artımına uyğun olmadığını deyir. Bu sahədə əhaliyə daha geniş dəstək üçün maliyyə rezervləri varmı?
Əlbəttə ki, var. Nəzərə alsaq ki, bizdə hansı həcmdə vəsait xərclənir, ümumiyyətlə müxtəlif istiqamətlərə, hətta lazım olmayan istiqamətlərə və ya bəzi istiqamətlərdə həddən artıq şişirdilmiş xərclər var. Bunu nəzərə alsaq əlbəttə ki, kifayət qədər resurs var.
Ölkənin maliyyə sektorunda vəziyyəti necə qiymətləndirərdiniz, pandemiyanın neqativ təsirlərini nə dərəcədə aradan qaldırmaq mümkün oldu?
Belə deyək, əslinə qalsa bizdə pandemiya hələ də bitməyib. Nəzərə alsaq ki, bu daha çox ölkələrarası münasibətlərə təsir edib. O cəhətdən bizdə zərər görmüş turizmdir, ictimai aişədir, mehmanxanalardır və problem hələ də aradan qalxmayıb. Hələ də mövcuddur. Amma digər sahələr üzrə deyə bilərik ki, faktiki 2019-cu ildə olan həyat bərpa olunub. Sadəcə məsələ ondan ibarətdir ki, əhalinin gəlirləri aşağı düşüb. Qiymətlər qalxıb, nəticə etibarı ilə vəziyyət indi daha pisdir, nəinki 2019-cu ildə.
Dünya bazarlarında bir cox ərzaq mallarının bahalaşması və qonşu ölkələrin milli valyutalarının məzənnəsinin qeyri-sabitliyi Azərbaycan manatına necə təsir göstərəcək? Azərbaycanda devalvasiya riskləri varmı?
Bu dəqiqə yoxdur. Yaxınlarda ola bilər, amma yarım il ərzində mövcud olmayacaq. Çünki neft qiyməti hələ də yüksəkdir. Optimistik olaraq dövlət büdcəsi daha yüksək neft qiymətləri əsasında hesablanıb. Fikrimcə, indiki anda bu məsələ yoxdur. Amma vəziyyət hər bir anda dəyişə bilər. Problem ondadır ki, neft qiymətini biz tənzimləmirik və bizdən asılı deyil. Vəziyyət sabitləşən kimi neft qiymətləri aşağı düşəcək. Bu, əgər uzunmüddətli olsa, onda risklər yarana bilər.
Sizcə ölkədə maliyyə-iqtisadi sahədə hansı islahatlar gərəklidir?
Əsasən çoxşaxəli islahatlar gərəklidir. Xüsusən, iqtisadi sistemlə bağlı. İqtisadi idarəetmədə tənzimləmə ilə bağlı dövlətin möcud olan siyasəti tamamilə dəyişdirilməlidir. Başqa tərəfdən, maliyyə sahəsinə keçdikdə daha çox humanitar sahədə islahatlar artırılmalıdır. Bu, həm rəsmi valyutanın rejiminin daha liberallaşdırılması ilə, həm də iqtisadi və sosial siyasətin bir-birinə uyğunlaşdırılması ilə ola bilər. Amma,indiki məqamda heç biri bir-birinə uyğunlaşmır. Nəticə etibarı ilə Azərbaycan bunun zərərini görür. Hər bir istiqamətdə siyasət ilk əvvəl bir-birinə uyğunlaşdırımalıdır, sonrakı addımda islahatlar keçirilməlidir və dəyişdirilməlidir.
Azərbaycanda yerli ekspertlər, o cümlədən əhali ölkədə inflyasiyanın artacağından narahatdır. Sizcə bu artım gözlənilirmi?
Mənim fikrimcə, bu ilin sonunda artacaq. Hətta rəsmi hökümət çox optimistik olaraq qeyd edib ki, 2021-ci ildə inflyasiya 6% olacaq. Mənim fikrimcə, ümumiyyətlə rəsmi rəqəmlər o qədər olmayacaq. Fikrimcə, ondan yüksək olacaq. Noyabr, dekabr aylarında xüsusi olaraq məhz qiymət artımı aylarıdır. Eyni zamanda, bu aylarda dövlət xərcləri artımı baş verir. Bu hər şeyə təsir edəcək və qiymətlərin səviyyəsi artacaq. Fikrimcə, ola bilər ki, rəsmi olaraq çalışacaqlar ki, 2 rəqəmlini keçməsin. Misal üçün , 5,7 %-dir. Maksimum çalışarlar etsinlər ki, 7% -dən yuxarı olmasın. Amma real olaraq, fikrimcə, illik inflyasiya həddi 2 rəqəmli olacaq.
Amerikanın səsi
Tarix: 8-12-2021, 16:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}