"Dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır" – “Tələb böhranı qiymətləri aşağı çəkəcək"




"Dünya iqtisadiyyatının yüksək qiymətlərə dözüm limiti çox azdır"
"Yüksək enerji və qida qiymətləri qlobal iqtisadiyyatı uzun müddət çıxa bilməyəcəyi dalana aparır". 
"AzPolitika.info" xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib.
"Dünya iqtisadiyyatının hazırkı yüksək enerji qiymətlərinə dözüm limiti çox azdır. Bazarda qiymətləri düşürəcək alternativ təklif yoxdursa, hazırkı yüksək inflyasiyanın yaradacağı tələb böhranı qiymətləri aşağı çəkəcək" –deyə, ekspert qeyd edib.
R.Ağayev xatırladır ki, Beynəlxalq Energetika Agentliyinin rəhbəri Birol qlobal enerji təchizatı ilə bağlı maraqlı açıqlamalarla çıxış edib: "O, Avropa üçün əsas təhdid kimi Rusiyanın qaz ixracını qəfil dayandıra biləcəyini deyib. Başqa bir təhdid kimi iqlim dəyişikliyi hədəfindən kənarlaşmaq baxımından kömürə tələbatın kəskin artmasını göstərib. Birol alternativ enerji sərmayələrin də görünməmiş həddə yüksəldiyini deyib. O, 2022-də təmiz enerjiyə sərmayələrin 12% təşkil edəcəyini və bu artımın əvvəllər heç olmadığını qeyd edib.
Günəş və külək enerjisi ilə yanaşı enerji səmərəliliyi layihələrinə sərmayələr böyük templə artır. Təkcə ABŞ-da batareya və akkumulyatorlara qoyulan investisiyalar 2 dəfə yüksəlib.
Birol elektrik avtomobillərin sürətlə artdığını da qeyd edib. Onun məlumatına görə, 2019-cu ildə dünyada satılan hər 100 avtomobildən 2-si elektriklə işləyən avtomobillər olub. Bu il gözləntimiz 100 avtomobildən 15-nin elektrikli avtomobil olacağı artıq realdır".

İqtisadçının sözlərinə görə, FED rəhbəri Pouel də təkcə ABŞ üçün deyil, bütün dünya üçün qlobal inflyasiyanın ciddi və uzunmüddətli problemə çevriləcəyindən narahatlığını dilə gətirib: "O, yüksək inflyasiyanın yaratdığı problemlərin əmək bazarına sıçramaqla işsizliyi yüksəldə biləcəyindən narahatlığını gizlətməyib. Bütün hallarda uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır - həm psixoloji, həm də resurslardan daha səmərli istifadəyə hazırlıq baxımından".
Tarix: 24-06-2022, 16:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}