Nazirlik daha bir ofis icarəyə götürdü – Bu dəfə 1 milyon manata...


"Dövlət Məşğulluq Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi “Ceyhun-3” İstehsalat Kommersiya Firması (VÖEN- 1500330441) olub. 
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən bildirir ki, “Ceyhun-3” İstehsalat Kommersiya Firması Məşğulluq üçün ofis sahəsi icarəyə verəcək. İcarəyə götürüləcək ofisin ümumi sahəsi 6500 -6750 kv. metr arasında olacaq və bunun üçün “Ceyhun-3” firmasına 12 aylıq icarə haqqı olaraq 989 min 894 manat 52 qəpik ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay  82 min 491 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Ceyhun-3” İstehsalat Kommersiya Firması 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan firmanın hüquqi ünvanı Nərimanov rayonu, Əliəşrəf Əlizadə, ev 30, m.12-də yerləşir. Firmanın qanuni təmsilçisi Bayramov Əliheydər Fəyyaz oğludur.
Onu da bildirək ki, Dövlət Məşğulluq Agentliyi ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan digər qurumların bir-çoxu ofis sahələrini icarəyə götürürlər.
Tarix: 30-01-2023, 16:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}