Dövlət Məşğulluq Agentliyindən 1 milyonluq TENDER – Qalib olan 10 manatlıq şirkət KİMİNDİR?
“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsinin 28 aprel və 3 may tarixlərində elan erdiyi ümumi dəyəri 1 milyon 018 min 495 manat olan iki tenderin nəticələri və qalibi açıqlanıb.
SİAM.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, Quba Peşə Hazırlığı Mərkəzində İT infrastrukturun (sistemlərin) qurulmasına lazım olan avadanlıqlar, proqram təminatları və onların quraşdırılması (sazlanması) işlərinin satın alınması məqsədilə aprelin 28-də başladığı və 959 min 691 manatlıq tenderin qalibi “B 2 B Group” MMC (VÖEN - 1005873041) olub.
Tərəflər arasında bağlanacaq satınlama müqaviləsinin şərtlərinə əsasən, şirkət Quba Peşə Hazırlığı Mərkəzi elektron hesablama maşınlarının və avadanlıqlarının satın alınmasını həyata keçirəcək.
Bunlar əsasən, 2 ədəd 42U markalı şəbəkə şkafı, 8 dəst “24 port cat 6 FTP” modul tipli sonlama qutusu, 360 ədəd “CAT-6” bağlayıcısı, 4 ədəd barmaq izi və kart oxuyucusu, 134 ədəd tavan və divar tipli səsucaldıcı, 2 ədəd masaüstü mikrafon, 1 ədəd mərkəzi konferans sistemi avadanlığı, 2ədəd server otağı üçün həssas soyutma sistemi və 78 adda digər avadanlıqlardır.
Bu şirkət haqqında qaranlıq iddialar var
Qeyd edək ki, “B 2 B Group” MMC 2019-cu ilin aprel ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi dövlət tərəfindən qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur. Məlumata görə Ramal Bəşirov əvvəllər sabiq Vergilər naziri Fazil Məmmədova məxsus olduğu iddia edilən "Caspel" şirkətində çalışıb.
Mətbuatda həm bununla, həm də digər məsələlərlə bağlı yayılan iddialara 2021-ci ilin dekabr ayında şirkətin rəhbərliyi tərəfindən aşağıdakı cavab verilib.
Bildirilir ki, “B2B Group” MMC” yeni yaranmasına baxmayaraq, ölkədə İKT sahəsində 10 ildən artıq təcrübəsi olan bir neçə peşəkarı öz ətrafında birləşdirərək yola çıxıb:
“Şirkətdə ölkənin aparıcı İKT inteqrator şirkətlərində vaxtilə çalışmış bir neçə şəxslər rəhbər vəzifələr tutmaqdadır. Şirkətdə dünyanın aparıcı istehsalçı şirkətlərinin sertifikasiyasından keçmiş 10-dan artıq mütəxəssis çalışır. Məhz bu baxımdan rəsmi şəkildə bildirmək istəyirik ki, "B2B Group” MMC şirkətinin adını çəkdiyiniz şəxslərlə, eləcə də hal-hazırda dövlət vəzifəsində çalışan hər hansı bir digər şəxslə əlaqəsi yoxdur”.
Bildirək ki, şirkət yarandığı ilk gündən etibarən böyük məbləğli tenderlərdə iştirak edib və satınalma müqavilələri bağlayıb. Belə ki, Milli Depozit Mərkəzinin 2021-ci ilin iyul ayının 29-da elan etdiyi "Kompüter, server, şəbəkə avadanlıqları, proqram təminatları və lisenziyaların satın alınması" üzrə tenderin qalibi olub və aralarında 414 min 478 manatlıq tender müqaviləsi imzalanıb.
Növbəti dəfə 2021-cilin dekabrın 7-də DMA-nın "Bərdə Peşə hazırlığı Mərkəzində İT infrastrukturun (sistemlərin) qurulmasına lazım olan avadanlıq, proqram təminatları və onların quraşdırılmasının (sazlanmasının) satın alınması" üzrə yekun vurduğu tenderin qalibi olub və aralarında 838 min 133 manat manatlıq satınalma müqaviləsi imzalanıb.
Şirkət ötən ilin noyabrın 22-də “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxsinin “Şuşa şəhərində yerləşən tarixi memarlıq abidələrinin qorunması məqsədi ilə video-müşahidə, təhlükəsizlik kameralarının quraşdırılması” ilə bağlı elan etdiyi tenderdə qalib olub və aralarında 384 min 427 manatlıq müqavilə imzalanıb.
Şirkət cari ildə də bir neçə tender müsabiqəsinin iştirakçısı və qalibi olub. Belə ki, bu ilin martın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron poçt sisteminin qurulması üçün lisenziyanın və Nazirliyin Aparatında strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyində olan qurumlarda istifadəçi İT avadanlıqlarında proaktiv informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə XDR lisenziyasının satın alınması” tenderində qalib olub və birlikdə 1 milyon 186 min 977 manatlıq satınalma müqaviləsi imzalayıblar.
Tarix: 7-06-2023, 22:26
-
Dünən, 22:49
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Dünən, 22:47
“DAXİLDƏ İKİ ƏSAS PROBLEMİMİZ VAR...” – “Konstitusiyada dəyişikliklərə gedilməlidir, artıq dövr bu islahatları tələb edir”
-
Dünən, 22:46
Xərəkdə qəbul edib ayaqda yola salan fizioterapiya şöbəsi- Bərdə səhiyyəsinə sağ ol deməkdən başqa...
-
Dünən, 22:46
Əmlak şirkəti “Veysəloğlu” barədə məhkəmə iddiası qaldırıb - TƏFƏRRÜAT
-
Dünən, 22:46
Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB
-
Dünən, 22:46
"Veysəloğlu-yaycılı qardaşlar"a yenə cərimə yazıldı
-
Dünən, 22:42
İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT
-
Dünən, 22:41
Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib?.. - İLGİNC İDDİALAR...
-
Dünən, 22:40
Məmura məxsus avtobuslarda bərbad vəziyyət: interval uzun, qapılar açıq, sürücülər telefonla danışır... - VİDEO
-
Dünən, 22:37
İcra başçısı şəhid ailəsinə pislik etdi
-
Dünən, 22:35
Cəbrayılda 14.5 milyon manata qeyri-yaşayış obyektləri tikiləcək
-
Dünən, 22:34
Ümid edək ki, ABŞ, Avropa İttifaqı, Fransa və İran kimi dövlətlər də... - ŞƏRH
-
Dünən, 22:32
Siyavuş Novruzov Əli Kərimlini debata çağırdı: Gəlsin, ona başa salaq... - VİDEO
-
Dünən, 22:09
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Dünən, 22:07
NATO Polşada nüvə qüvvələri yerləşdirir? – Stoltenberq açıqladı
-
Dünən, 22:02
ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi
-
Dünən, 18:28
Narkotik artıq məktəblərə yol tapıb — Siyavuş Novruzov
-
Dünən, 18:22
Rusiya Xarkov sakinlərini qaçmağa məcbur etməyə çalışır - HESABAT
-
Dünən, 18:17
3 ay ərzində Azərbaycana quru yolla 159 min insan daxil olub - YƏNİ GEDİŞ-GƏLİŞ VAR...
-
Dünən, 18:16
Tramp Ukraynanı "Rusiyanın bir hissəsi" adlandırdı - "The Wall Street"
-
Dünən, 18:12
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi
-
Dünən, 18:11
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
Dünən, 18:07
20 ildir buralara 20 santimetr də olsun asfalt tökülməyib... - Saleh müəllimin NƏZƏRİNƏ...
-
Dünən, 18:05
Bərdədə 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - TƏFƏRRÜAT
-
Dünən, 18:03
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib - FOTO
-
Dünən, 15:18
Min il yaşayan icra başçısı
-
Dünən, 13:13
Bakının bu addımı Qərb agenturasını “təkərə” salıb: İbadoğlu əməliyyatının gerçək üzü
-
Dünən, 13:11
Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi
-
Dünən, 12:09
İsmayıllıda Sahibkar od püskürdu:Məhkəmədə sübut tələb edəcəm-VİDEO
-
Dünən, 11:55
Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?
{sape_links}{sape_article}