Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Siyəzən Broyler" ASC-nin fəaliyyətində nöqsanlar aşkarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, aparılan yoxlamalar nəticəsində ASC-nin atmosferi çirkləndirdiyi məlum olub.

Buna görə də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Siyəzən Rayoh Məhkəməsinə göndərilib və iş hakim Bəylər Ələkbərovun icraatına verilib.

Aprelin 23-də məhkəmə iclası keçiriləcək.

Hakim iddianı təmin edərsə, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə "Siyəzən Broyler" ASC-ni yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə gözləyir.
Tarix: 15-04-2024, 12:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}