Şirkətlər 80 milyon manat depoziti "Rabitəbank"dan geri çəkib - DETALLAR

Şirkətlər 80 milyon manat depoziti "Rabitəbank"dan geri çəkib
Azərbaycanda şirkətlər son üç ayda “Rabitəbank”dan 80 milyon manat depoziti geri çəkib.

Bu barədə İqtisadiyyat.az bankın maliyyə hesabatından məlumat əldə edib.

Belə ki, 2024-cü ilin əvvəli ilə müqayisədə birinci rübün sonuna bankın hüquqi şəxslərin əmanət portfeli 308,4 milyon manatdan 228,7 milyon manata enib. Bu isə son üç ayda sözügedən portfelin 25,8% və ya 79,7 milyon manat “əriməsi” deməkdir.

Fiziki şəxslərin əmanətləri isə bu ilin birinci rübündə 1,2% və ya 5,3 milyon manat artaraq 450,7 milyon manata çatıb. Əhalinin bankdakı əmanətləri nisbətən artsa da, depozit portfelində ümumi azalmanı kompensasiya edə bilməyib.

Son nəticədə “Rabitəbank”ın əmanət portfeli ilk rübdə 10% və ya 74,4 milyon manat azalaraq 679,4 milyon manata düşüb. Bu isə bankın öhdəliklərinin həcminin 1,02 mlrd. manatdan 959,4 milyon manata kimi azalmasına təsir edib.
Tarix: 18-04-2024, 12:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}