"Tarif şurası bu işin öhtəsindən gələ bilmir, qiymət və keyfiyyətdə müsbət atdım yoxdur" - Dərmanlar niyə BAHADIR?

"Tarif şurası bu işin öhtəsindən gələ bilmir, qiymət və keyfiyyətdə müsbət atdım yoxdur"
Vətəndaş dərmanların baha olmasından şikayətlənir. Bəs ölkədə dərman preparatları niyə bu qədər bahadır? Bunun səbəbi nədir?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib.

İqtisadçı bildirib ki, tarif şurası bu işin öhtəsindən gələ bilmir:

"Azərbaycanda dərman qiymətlətinin bahalaşması, keyfiyyətinin aşağı olmasının səbəbi tarif şurasının qiymətlərə nəzarət etmə mexanizmi yaradılmasından sonra baş verdi. Çünki qiymətlərin üst səviyyəsinin istehsalçı ölkərlər görə müəyyənləşdirilməsi həddindən artıq qeyri-peşekar bir yanaşmadır. Bu da nəticə etibarı ilə ölkəyə keyfiyətsiz dərmanların gətirilməsinə səbəb oldu. Rəqabətli mühiti isə baltaladı. Çünki, bu qərardan öncə ölkədə 200 çox şirkət dərman preparatları getirirdi. Ona görə də ölkədə rəqabətli mühit var idi. İndi isə bir neçə iri şirkət qalıb sadəcə olaraq. Onlar isə bazarda istədikləri kimi qiymətlərini diqtə edə bilirlər. Dərman qiymətlərinin bu qədər baha və keyfiyətsiz olmasının səbəbi rəqabətsizlikdir. Tarif şurasından bu imtiyaz alınmalıdır. Çünki,onlar bu işin öhtəsindən gələ bilmədilər. İllərdir bu iş onlara tapşırılıb, amma bu günə qədər nə qiymətlərdə, nə də keyfiyyətdə ciddi müsbət atdımlar olmayıb".
Tarix: 22-04-2024, 17:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}