Gördüyünüz bu "alver" Yevlax MERO-su adlanan "prava bazar"ında lentə alınıb VİDEO




Gördüyünüz bu "alver" Yevlax MERO-su adlanan "prava bazar"ında lentə alınıb.
Özü də bu cür açıq-aşkar fəaliyyət yeni deyilaa...


Siam.az xəbər verir ki, bunu sosial şəbəkə istifadəçisi Jalə Əsədova öz səhifəsində yazır. Daha sonra Jalə Əsədova yazır:
Maraqlıdır ki, yerli medialardan oxuduğumuz məlumatlarda deyilir ki, Yevlax rayon 7 saylı Qeydiyyat, İmtahan və texniki baxış şöbəsinin rəisi Cavanşir Vəliyevin işə çox "HIZLI" başladığı hər yöndən " görünür".
Adam  BDYPİ-nin rəisi "Ramiz Zeynalova necə yol tapdı, necə gözlənilmədən rəis oldu, bu ayrıca söhbətin mövzusudur.
Elə Ramiz Zeynalova arxalanıb rüşvəti "işinin haqqı" kimi qəbul edən Təzə rəisin" korrupsiya faktları barəsində "yuxarı"lara çoxsaylı şikayətlər ünvanlanmağı heç kəsi təəccübləndirmir.
Əlqərəz...
Söhbəti çox uzatmaq istəmirəm. Yəni, sözümün canı o ki, MERO-larda yaşanan "sərbəst alver"dən Ramiz Zeynalovun xəbərinin olmaması adama biraz qaranlıq qalır...
Hələ yeni rəis Cavanşir Vəliyevin də "Maşallah"ı var vallah...
Elə "kreslo"ya oturan kimi "cəsarətli" addımı ilə nəinki regiona, hətta ölkəyə səs salıb.
Cəsarətli addım isə ondan ibarətdir. Demək, yerli medialardan öyrəndik ki, dövlət rüsumu 30.40 azn olan texniki baxışın qiymətini, Cavanşir Vəliyev 85.00 azn-ə qaldırıb.
Belə "yenilik" kimin ağlına gələrdi?!...
Nə bilim vallah...
Yeri gəlmişkən bu barədə ətraflı məlumatımız həftənin birinci günü inşallah redaksiyamızda yayımlanacaq.
Bir də ki, mən təkcə Yevlax MERO-sunun adını çəkdim, qorxuram birdən Sumqayıt MERO-su və ya digərləri inciyər...
"Əzizlərim", qətiyyən inciməyin, sadəcə biraz səbrli olun, tezliklə sizin də görüntüləriniz, həmçinin haqqınızda ətraflı araşdırma məlumatlarımız ardıcıl olaraq Agentliyimiz tərəfindən yayımlanacaq.
Yəni anlayacağınız sizin də "məşhur" olmağınız üçün əlimizdən gələni edəcəyik.
Jalə Əsədova



Tarix: 21-06-2021, 10:55




Xəbər lenti