11 il əsarətdə qaldı, qaçmağa çalışdı: Adnan Oktarın təşkilatını çökdürən “kedicik” FOTO




Bir zamanlar Adnan Oktarın “kediciyi” olaraq tanınan, polisə verdiyi ifadə ilə Adnan Oktarın həbs edilməsinə səbəb olan Ceylan Özgül indi həyat yoldaşı ilə yeni həyatını yaşayır və İnstagramda paylaşdığı fotolarla diqqətləri özünə cəlb edir.
Xatırladaq ki, Ceylan Özgül bir youtube proqramına çıxaraq yaşadığı əsarəti danışmış, həyatını qaraldan hadisələrdən bəhs etmişdi. Universitet illərində tanış olduğu sevgilisi ilə yaşadıqları xoşagəlməz olaylardan sonra yolunun Adnan Oktarla kəsişdiyini bildirən Ceylan Özgül elə həmin sevgilisinin onu Adnan Oktarla tanış etdiyini demişdi. Təhlükənin fərqinə varanda isə çox gec olduğunu bildirmişdi.
Özgül o zaman ailəsi ilə belə görüşməsinə icazə verilmədiyini, bir gün xəstəxanaya aparılanda qaçmağa cəhd etdiyini, ancaq bacarmadığını demişdi.
“Qaçmağa çalışdım, bacarmadım, daha sonra pəncərəsində dəmir barmaqlıqlar olan evə qapadıldım. Qaçmamağım üçün güclü qoruma tutulmuşdu”, - Ceylan Özgül demişdi.
İndi Umut Kuruca ilə evli olan məşhur “kedicik” əsarətindən sonrakı gözəl günlərini yaşayır. O, indi Türkiyədə Adnan Oktarın təşkilatını çökdürən əsas isimlərdən biri kimi anılır.
 
Musavat.com
Adnan Oktar'ın kediciğiydi! Aradığı aşkı buldu
Adnan Oktar'ın kediciğiydi! Aradığı aşkı buldu
Adnan Oktar'ın kediciğiydi! Aradığı aşkı buldu
Adnan Oktar'ın kediciğiydi, ona bir de şimdi bakın!
Adnan Oktar'ın kediciğiydi, ona bir de şimdi bakın!
Adnan Oktar'ın kediciğiydi, ona bir de şimdi bakın!


Tarix: 1-10-2021, 08:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}